XEBERNUR.info
 Valyuta məzənnəsi

Ayaz Mütəllibov Elçibəyin oğlunu TƏBRİK ETDİ

Oxunub: 78 Tarix:24-07-2021, 09:10

Ayaz Mütəllibov Elçibəyin oğlunu TƏBRİK ETDİAzərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov xələfi, mərhum dövlət başçısı Əbülfəz Elçibəyin oğlunu təbrik edib.



Bu barədə danışan Ayaz Mütəllibov toya hazırlaşan Ərturqut Əliyevə xoşbəxtlik arzulayıb. Lakin A.Mütəllibov Elçibəyin oğlunun onu toyuna dəvət etmədiyini söyləyib:



“Toya dəvət edilməmişəm. Amma ona xoşbəxtlik arzulayıram. Yeni, gənc ailə qurulur. Bir ağsaqqal kimi ancaq xeyir-dua verə bilərəm”.



Xatırladaq ki, iyulun 30-da Bakıda sabiq prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin oğlan toyu keçiriləcək. Onun həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.



Ötən gün Modern.az-a açıqlama verən Ərturqut Əliyev toyuna çağırmadığını bildirib. Hazırda Fövqəladə Hallar Nazirliyində çalışan Ərturqut Əliyev nazir Kəmaləddin Heydərovu da toyuna dəvət etdiyini vurğulayıb.

Oxunub: 78



XƏBƏR LENTİ