XEBERNUR.info
 Valyuta məzənnəsi

Laçın Suvarma Sistemləri İdarəsi tərəfindən Taxtakörpü ərazisindəki suvarılan torpaq sahələri suvarma suyu ilə təmin edilir.

Oxunub: 506 Tarix:15-07-2021, 09:33

Laçın Suvarma Sistemləri İdarəsi tərəfindən Taxtakörpü ərazisindəki suvarılan torpaq sahələri suvarma suyu ilə təmin edilir.1992-ci ilin may ayının məlum hadisələrindən sonra Laçın rayonundan olan məcburi köçkünlərdən 14 min nəfərə yaxın əhali sahəsi 31,6 min hektar olan Ağcabədi, Beyləqan və İmişli rayonlarının inzibati ərazisinə aid Taxtakörpü adlanan ərazilərdəki 84 obada (yaşayış məntəqəsində) və 3 məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmaqla, əsasən heyvandarlıqla və əkinçiliklə məşğul olurlar. Laçın Suvarma Sistemləri İdarəsinin rəisi Aqil müəllim məlumat vermişdir ki, Taxtakörpü ərazisində 18510 ha suvarmaya yaralı torpaq sahəsindən 12600 ha torpaq sahəsində suvarma işləri aparılır. Təsərrüfatlarda mövcud əkin sahələrinin vaxtında suvarılması üçün Laçın Suvarma Sistemləri idarəsinin balansında olan 18 ədəd nasos stansiya, o cümlədən 12 ədəd elektriklə, 6 ədəd isə dizel yanacağı ilə işləyən nasoslardan istifadə olunur. İdarənin xidməti sahəsində 340 km ümumi suvarma kanalları mövcuddur ki, ondan da 17 km-i beton üzlüklü, 4 km-i yerüstü metal boru ilə çəkilmiş, 319 km-i isə torpaq kanallardır. Cari ilin ötən dövründə 3 ədəd elektrik mühərriki təmir olunmuş, 50 kilometr suvarma kanalı lil və çöküntülərdən təmizlənmişdir. Hazırda suvarmaya ehtiyac olan əkin sahələrinin suvarılması işləri idarənin nəzarəti ilə davam etdirilir.
Dovletinfo.az

Oxunub: 506



XƏBƏR LENTİ
Polis rəisi Mafiya dəstəsinin cinayətlərinə nədən göz yumur?-Cənab nazir, Masallı təcili nəzarətə götrülməlidir,sakinlərin təhlükəsizliyi təhlükə altındadır!
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi
Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi barədə ARAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tibb xidməti polkovniki: “Yaralıya dedik, ayaq üstə dura bilmirsən, dedi, sürünərək gedərəm” - MÜSAHİBƏ + FOTO
Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.
Pensiyalarla bağlı nələr dəyişəcək - Detallar AÇIQLANDI
DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA.
Hikmət Hacıyevin Qriqoryanla görüşündə "Xarıbülbül" diqqət çəkdi
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 28.09.2022
Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT
Sumqayıtda şəhidlərimiz anıldı – FOTO
Laçınlılar 27 Sentyabr - Anım Gününü mütəşəkkilliklə yad etdilər
Şəhidlərin tələbə övladlarına 2 min manat verildi - FOTOLAR
Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 4-cü məhəllə ərazisində keçirib
“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”
100 yeni təcili tibbi yardım avtomobili alınacaq
“Anım Günü” ilə bağlı silsilə tədbirlər keçiriləcək
27 Sentyabr Anım Günüdür