XEBERNUR.info
 Valyuta məzənnəsi

Paşinyan estafeti Lukaşenkoya verir

Oxunub: 30 Tarix:23-11-2022, 10:26

Paşinyan estafeti Lukaşenkoya verir
Bu gün Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək.



Xəbər verir ki, təşkilata bu ilin yanvarından Ermənistan sədrlik edir, indi isə estafet Belarusa verilir.



Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsası 1992-ci il mayın 15-də 6 ölkənin – Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan və 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub. Bununla da üzvlərin sayı 9 olub.



20 aprel 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib.



Beş il sonra 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan isə bu addımı atmayaraq təşkilatdan uzaqlaşıb, nəticədə KTMT üzvlərinin sayı 6-ya düşüb.



7 oktyabr 2002-ci ildə KTMT-nin nizamnaməsi qəbul olunub. Nizamnaməyə əsasən, KTMT beynəlxalq regional qurum hesab edilib. 2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-ə qoşulub.



KTMT-nin əsas orqanları bunlardır:



Kollektiv Təhlükəsizlik Şurası (üzv ölkələrin liderlərinin daxil olduğu ali orqan);

Xarici İşlər Nazirləri Şurası;



Müdafiə Nazirləri Şurası;



Təhlükəsizlik Şurası Katibləri Komitəsi;



Daimi Şura (üzv ölkələrin KTMT-də səfirlərindən ibarət).



KTMT-nin ali vəzifəli şəxsi baş katibdir. Hazırda bu vəzifəni Stanialav Zas tutur. Qurumda rəsmi və işçi dil rus dilidir.



Təşkilata necə üzv olmaq olar?



KTMT-yə üzv olmaq istəyən ölkə Kollektiv Təhlükəsizlik Şurasına yazılı müraciət etməlidir. Bu müraciətə ilk olaraq Katiblik və Daimi Şurada baxılır. Ardınca Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Təhlükəsizlik Şurası Katibləri Komitəsinin ayrı-ayrılıqda razılığı tələb olunur.



Müzakirələr bitəndən, öhdəliklər götürüləndən, sənədlər imzalanandan sonra Kollektiv Təhlükəsizlik Şurası ölkənin KTMT-yə üzvlüyünə qəbulu ilə bağlı qərar verə bilər.



Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilən tədbirində Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emomali Rahmon və KTMT-nin baş katibi Stanislav Zas iştirak edəcək.
Oxunub: 30



XƏBƏR LENTİ