XEBERNUR.info
 Valyuta məzənnəsi

İranda Aşura mərasimi internet üzərindən canlı yayımlanacaq

Oxunub: 352 Tarix:19-08-2020, 20:00


İranda Aşura mərasimi internet üzərindən canlı yayımlanacaq


İranda Məhərrəmlik ayında pandemiya şəraitində keçirilən mərasimlərin internet üzərindən canlı yayımı təşkil ediləcək.
XƏBƏRNUR bildirir ki, bu sözləri İslam Dininin Təbliği Təşkilatının sədri Hüccətülislam Qumi deyib.

O bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə "Təkiyə" adlı platforma yaradılıb. Bu platforma vasitəsilə insanlar Aşura mərasimlərini internet üzərindən canlı izləyə biləcəklər.

Qeyd edək ki, Məhəmməd Peyğəmbərin nəvəsi imam Hüseyn və onun 72 tərəfdarının Kərbəla çölündə şəhid edilməsinin ildönümü İranda matəm mərasimləri ilə qeyd olunur. Bu il Aşura mərasimi avqustun 29-da olacaq

Oxunub: 352



XƏBƏR LENTİ