XEBERNUR.info
 Valyuta məzənnəsi

Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT

Oxunub: 65 Tarix:28-09-2022, 07:05

Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKTXəbəral.az xəbər verir ki, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Artıq 2 ildir ki, hər il sentyabrın 27-si ölkəmizdə Anım günü kimi qeyd olunur.

Xəbəral.az – ın məlumatına görə, ölkəmizin hər yerində Anım günü çox yüksək səviyyə də qeyd olunduğu bir gündə Goranboy rayonu Mədəniyyət Mərkəzində üç rəngli bayrağımız açıq-aşkar ayaqlar altına atılıb.
Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT

Xəbəral.az -a Goranboy rayonundan bu gün göndərilən foto da açıq şəkil də üç rəngli bayrağıımızın bir hissəsini Mədəniyyət Mərkəzinin pilləkənlərində ayaqlar altına sərildiyi görsənir.

Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT
Belə çıxır ki, Goranboy rayonunda dövlət atributlarına qarşı laqeyidlik var.

Sual yaranır ki, Goranboy rayon icra hakimiyyəti niyə bu cür özbaşınalığa göz yumur? Bu cür hallar qanunla ən böyük cinayət sayılır. Çox güman ki, Goranboy icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev başda olmaqla, bir çoxunun cinayət məsuliyyətindən xəbərləri yoxdur.

Bayrağımıza qarşı hörmətsizlik edənlər anlamalıdır ki, Dövlət rəmzi olan bayrağın əski parçası kimi istifadə edilməsi hər bir vətəndaşın şərəf və ləyaqətinə toxunan bir məsələdir.

Goranboy mədəniyyət mərkəzi, Mədəniyyət Nazirliyinin Gəncə regional Mədəniyyət İdarəsinin tabeçiliyinə verilib. Gəncə regional mədəniyyət idarəsinin rəisi Vasif Cənnətovdur.
Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT

Sakinlərin verdiyi məlumata görə, Vasif Cənnətov mədəniyyət sahəsi baxımından, bölgə də heç bir iş görmür, öz işinə çox məsuliyyətsiz şəkildə yanaşır. Qəbuluna düşmək belə müşkil məsələyə çevrilib.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Oxunub: 65



XƏBƏR LENTİ