XEBERNUR.info
 Valyuta məzənnəsi

Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib

Oxunub: 155 Tarix:15-08-2022, 09:37

Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib
Laçının Zabux kəndidə qanunsuz məskunlaşmış 14 erməni ailəsi Ermənistanın Zəngəzur vilayət administrasiyasına müraciət edib.

Xəbər verilir ki, bunu “Sputnik Ermənistan”a Zəngəzur qubernatorunun müavini Nare Qazaryan deyib. Onun sözlərinə görə, həmin ailələr Zabuxdan Zəngəzura köçmək istədiklərini bildiriblər.


Xatırladaq ki, “Laçın dəhlizi”nə çəkilən alternativ yolun istifadəyə verilməsilə əlaqədar Laçın rayonunun Zabux və Sus kəndləri, eləcə də Laçın şəhərində qanunsuz yaşayan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar.
Azərbaycan tərəfi onlara yaşayış məntəqələrini tərk etmələri üçün avqustun 25-dək vaxt verib.


Zəngəzur vitse-qubernatorunun sözlərinə görə, bir həftədir ki, vilayət qubernatorunun tapşırığı əsasında bölgəyə köçmək istəyənlərin problemləri ilə məşğul olan işçi qrupu yaradılıb.

"Hazırda Ağavnodan (Zabuxdan-red.) olan 14 ailə Sünikdə (Zəngəzurda-red.) məskunlaşmağa hazırlaşır, onlar hələ hansı kənddə yerləşəcəklərinə qərar verməyiblər”, – Qazaryan bildirib.

O, Laçın şəhərindən çıxacaq daha iki ailəni də gözlədiklərini deyib.


Nare Qazaryanın sözlərinə görə, Qarabağdan gələnlər üçün yerləşdirmə və yükdaşıma məsələsi indi aktualdır. Vilayət rəhbərliyi insanların əşyalarını daşıması üçün yük maşını və yanacaq verməyə çalışır.


Ermənistanın Əmək və Sosial İşlər Nazirliyi “Sputnik Ermənistan”a bildirib ki, Zabux, Sus və Laçın şəhərindən köçənlərə aylıq 40 min dram (təxminən 100 dollar) məbləğində dəstək veriləcək. Onlar bu məbləği mənzil məsələsi həll olunana qədər alacaqlar.
Oxunub: 155



XƏBƏR LENTİ
Polis rəisi Mafiya dəstəsinin cinayətlərinə nədən göz yumur?-Cənab nazir, Masallı təcili nəzarətə götrülməlidir,sakinlərin təhlükəsizliyi təhlükə altındadır!
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi
Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi barədə ARAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tibb xidməti polkovniki: “Yaralıya dedik, ayaq üstə dura bilmirsən, dedi, sürünərək gedərəm” - MÜSAHİBƏ + FOTO
Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.
Pensiyalarla bağlı nələr dəyişəcək - Detallar AÇIQLANDI
DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA.
Hikmət Hacıyevin Qriqoryanla görüşündə "Xarıbülbül" diqqət çəkdi
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 28.09.2022
Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT
Sumqayıtda şəhidlərimiz anıldı – FOTO
Laçınlılar 27 Sentyabr - Anım Gününü mütəşəkkilliklə yad etdilər
Şəhidlərin tələbə övladlarına 2 min manat verildi - FOTOLAR
Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 4-cü məhəllə ərazisində keçirib
“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”
100 yeni təcili tibbi yardım avtomobili alınacaq
“Anım Günü” ilə bağlı silsilə tədbirlər keçiriləcək
27 Sentyabr Anım Günüdür