XEBERNUR.info
 Valyuta məzənnəsi

Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT

Oxunub: 43 Tarix:30-06-2022, 08:41

Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKTVətən Müharibəsi şəhidi Murad Kəlbiyevin anası Rübabə Kəlbiyevaya qarşı dələduzluq əməli törədilib.

Xebernur.info xəbər verir ki, Bakı şəhər sakini İlham Abdullayev şəhid anasını aldadaraq 11 min manatını ələ keçirməkdə ittiham edilir.

Belə ki, o, R.Kəlbiyevaya vəd verib ki, oğlu Muradın adını yaşadıqları Qusar rayon Cibir kənd orta məktəbinə verdirəcək. İlham Abdullayev pulu şəhid anasından iki dəfəyə alıb.

Onun dələduzluq əməli ilə bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İ.Abdullayev hazırki cinayət işi üzrə başqa şəxslərin də pullarını mənimsəməkdə təqsirləndirilir. Belə ki, o, bir neçə Qusar sakinindən Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nəzdindəki qurumlara işə düzəltmək adı ilə pul alıb. Onun sakinlərə vurduğu ümumi ziyanın məbləğinin 36 min manat olduğu bildirilir.

Qeyd edək ki, Murad Kəlbiyev Vətən Müharibəsi zamanı, oktyabrın 6-da Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.Qafqazinfo
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT

Oxunub: 43



XƏBƏR LENTİ
Ərzaq təhlükəsizliyini möhkəmləndirmək üçün kompleks tədbirlər görülür
Zabux və Laçın sakinləri ilə görüş keçirildi
15.08.2022 Azərbaycan Sahibkar Qadınlar İctimai birliyinin sədri Zenfira Ağayeva və Birliyin idarə heyətinin bir neçə üzvü Astara rayonunda Şəhidləri ziyarət etdilər
İlham Əliyev qəbul keçirdi
Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib
Bu gün Cəbrayıl rayonu ilə keçmiş Hadrut rayonu arasındakı Daşbaşı postunda həlak olan 23 şəhidin anım günüdür.
Azərbaycan XİN-dən Pakistana TƏBRİK
Vətən müharibəsi qazisi yol qəzasında vəfat etdi
Laçın şəhərinə, Zabux və Susa qayıdış başlanacaq Video
Rusca danışdığı üçün döyüldüyünü iddia edən gənclə bağlı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB
Xocalı qatili olan erməni general ÖLDÜ
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2022-ci il 12 avqust tarixdə Bərdə rayonu ərazisindəki 866 ailəlik məcburi köçkünlər qəsəbəsində keçirilmişdir.
Ermənistanlı deputatlar Qarabağdadır - Haylar Laçında təxribata çalışırlar
Bu gün Milli Qəhraman Sərdar Mədət oğlu Səfərovun doğum günüdür.
YAP-ın İdarə Heyəti toplandı
Bu il tələblər fərqlidir - III qrupla bağlı VACİB MƏLUMAT
Laçından yan keçən yolun tikintisi yekunlaşdı
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 10.08.2022
Təcridxanadakı qardaşına narkotik keçirərkən saxlanıldı