XEBERNUR.info
 Valyuta məzənnəsi

Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.

Oxunub: 103 Tarix:29-06-2022, 10:43

Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası keçirilib. Qeyd edək ki, BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir surətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Ümumdünya Şəhər Forumu keçirilir. Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası iyunun 30-dək davam edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyaya videoformatda qoşularaq çıxış etmişdir.
Çıxışında Prezident İlham Əliyev bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olduğunu, bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edildiyini deyərək, tədbir iştirakçılarının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələr apardıqlarını söyləmişdir.
Qeyid edək ki, BMT-nin Yaşayış Məskənləri Proqramı 1976-cı ildə Kanadanın Vankuver şəhərində keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı” üzrə birinci konfransın nəticəsi olaraq 1978-ci ildə BMT qurumu kimi yaradılıb. Təşkilatın baş qərargahı Keniyanın paytaxtı Nayrobidə yerləşir. UN-HABITATIN icraçı direktoru malayziyalı xanım Maimuna Mohd Şərifdir. Xanım Maimuna Mohd Şərif 2022-ci ilin martında ölkəmizdə səfərdə olub, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Səfər çərçivəsində icraçı direktor işğaldan azad edilmiş Ağdam şəhərində olmuşdur.
Çıxışında Prezident İlham Əliyev, Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıtdığını, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirdiyini, Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silindiyini, Ağdam şəhərinin dağıdıldığını, əcnəbi mütəxəssislərin bu şəhərin “Qafqazın Hiroşiması” adlandırdığlarını, Füzuli şəhərinin işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilmədiklərini, xarici diplomatların, jurnalistlərin və beynəlxalq QHT-lərin nümayəndələrinin azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olduqlarını və dağıntıların tam miqyasını sənədləşdirdiklərini söyləmişdir.
Onu da qeyd edək ki, hazırda ölkəmizdə şəhərsalma mövzusunda illik əsasda konfransın keçirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında məsləhətləşmələr aparılır. İlk konfransın bu ilin payızında Ağdam şəhərində keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma prosesinə UN-HABITAT-ın ekspertinin cəlb olunması ilə bağlı danışıqlar aparılır. Azərbaycan bu yaxınlarda təşkilata 1,5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi etmişdir.
Hal- hazırda işğaldan azad olunmuş torpağlarımızda yenidənqurma işləri aparılır. Ərazilər minalardan təmizlənir. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir. Bu gün məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir. Azərbaycan işğaldan azad olunmuş şəhərində hava limanları inşa edib. Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Qarabağ bölgəsi sənaye mərkəzinə çevriləcəkdir.

YAP Lerik Rayon Təşkilatının sədri, Malik Mirzəyev.
Oxunub: 103



XƏBƏR LENTİ
Ərzaq təhlükəsizliyini möhkəmləndirmək üçün kompleks tədbirlər görülür
Zabux və Laçın sakinləri ilə görüş keçirildi
15.08.2022 Azərbaycan Sahibkar Qadınlar İctimai birliyinin sədri Zenfira Ağayeva və Birliyin idarə heyətinin bir neçə üzvü Astara rayonunda Şəhidləri ziyarət etdilər
İlham Əliyev qəbul keçirdi
Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib
Bu gün Cəbrayıl rayonu ilə keçmiş Hadrut rayonu arasındakı Daşbaşı postunda həlak olan 23 şəhidin anım günüdür.
Azərbaycan XİN-dən Pakistana TƏBRİK
Vətən müharibəsi qazisi yol qəzasında vəfat etdi
Laçın şəhərinə, Zabux və Susa qayıdış başlanacaq Video
Rusca danışdığı üçün döyüldüyünü iddia edən gənclə bağlı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB
Xocalı qatili olan erməni general ÖLDÜ
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2022-ci il 12 avqust tarixdə Bərdə rayonu ərazisindəki 866 ailəlik məcburi köçkünlər qəsəbəsində keçirilmişdir.
Ermənistanlı deputatlar Qarabağdadır - Haylar Laçında təxribata çalışırlar
Bu gün Milli Qəhraman Sərdar Mədət oğlu Səfərovun doğum günüdür.
YAP-ın İdarə Heyəti toplandı
Bu il tələblər fərqlidir - III qrupla bağlı VACİB MƏLUMAT
Laçından yan keçən yolun tikintisi yekunlaşdı
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 10.08.2022
Təcridxanadakı qardaşına narkotik keçirərkən saxlanıldı