XEBERNUR.info
 Valyuta məzənnəsi

Kəlbəcər belə qurulacaq - VİDEO

Oxunub: 153 Tarix:29-06-2022, 06:54

Kəlbəcər belə qurulacaq - VİDEO
Kəlbəcər füsunkar şəhərə çevriləcək. Artıq şəhərin baş planı hazırlanaraq ölkə rəhbərinə təqdim edilib.



Dovletinfo.az xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyib.



Onun sözlərinə görə, Kəlbəcər şəhərində fərdi yaşayış evləri ilə yanaşı, 4-5 mərtəbəli binaların tikintisi nəzərdə tutulur. Bərpa-quruculuq işləri şəhərin coğrafi relyefi nəzərə alınmaqla aparılacaq.



İlqar İsbatov bildirib ki, baş plana əsasən, şəhərin ərazisi 237 hektara qədər böyüyəcək. 17 min nəfər əhali üçün nəzərdə tutulan şəhərin uzunluğu 4 kilometrdən artıq olacaq.



Sakinlər Kəlbəcərdə salınacaq parklardan şəhərin əsrarəngiz təbiətini izləmək imkanı qazanacaqlar. Kəlbəcər şəhərində Aşıq muzeyinin, İşğal və Zəfər muzeylərinin tikilməsi nəzərdə tutulub. İlqar İsbatov vurğulayıb ki, mütəxəssislər Kəlbəcərdə dağ memarlıq üslubunun yeni məzmunda inkişaf etdirilməsini təklif ediblər. Bununla bağlı artıq nümunələr hazırlanıb.



Sədr müavini onu da əlavə edib ki, Kəlbəcər şəhərində yaşıl enerji və ağıllı şəhər konsepsiyalarından istifadə olunacaq.
Oxunub: 153



XƏBƏR LENTİ
“Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır
Ərzaq təhlükəsizliyini möhkəmləndirmək üçün kompleks tədbirlər görülür
Zabux və Laçın sakinləri ilə görüş keçirildi
15.08.2022 Azərbaycan Sahibkar Qadınlar İctimai birliyinin sədri Zenfira Ağayeva və Birliyin idarə heyətinin bir neçə üzvü Astara rayonunda Şəhidləri ziyarət etdilər
İlham Əliyev qəbul keçirdi
Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib
Bu gün Cəbrayıl rayonu ilə keçmiş Hadrut rayonu arasındakı Daşbaşı postunda həlak olan 23 şəhidin anım günüdür.
Azərbaycan XİN-dən Pakistana TƏBRİK
Vətən müharibəsi qazisi yol qəzasında vəfat etdi
Laçın şəhərinə, Zabux və Susa qayıdış başlanacaq Video
Rusca danışdığı üçün döyüldüyünü iddia edən gənclə bağlı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB
Xocalı qatili olan erməni general ÖLDÜ
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2022-ci il 12 avqust tarixdə Bərdə rayonu ərazisindəki 866 ailəlik məcburi köçkünlər qəsəbəsində keçirilmişdir.
Ermənistanlı deputatlar Qarabağdadır - Haylar Laçında təxribata çalışırlar
Bu gün Milli Qəhraman Sərdar Mədət oğlu Səfərovun doğum günüdür.
YAP-ın İdarə Heyəti toplandı
Bu il tələblər fərqlidir - III qrupla bağlı VACİB MƏLUMAT
Laçından yan keçən yolun tikintisi yekunlaşdı
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 10.08.2022