Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının qərargahında partiyaya yeni qəbul olan bir qrup gənc üzvlərə partiya biletləri təqdim olunub.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov yeni üzvləri təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir.
İlqar İlyasov Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsinin vəzifə və öhdəliklərinin yerinə yetirilməsində gənclərin rolunu, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyini qeyd edib.
Oxunub: 67