XEBERNUR.info
 Valyuta məzənnəsi

Yaqub Zurufçunun vəziyyəti pisləşdi - Böyrək çatışmazlığı yarandı

Oxunub: 46 Tarix:13-09-2021, 15:05

Yaqub Zurufçunun vəziyyəti pisləşdi - Böyrək çatışmazlığı yarandı“Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur”.


Bunu “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.


E.Qasımovun sözlərinə görə, pisləşmə əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır:


“Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb”.


Qeyd edək ki, məşhur müğənni Yaqub Zurufçu bir həftə əvvəl COVID-19-a yoluxub. O, "Yeni Klinika"ya yerləşdirilib, vəziyyəti ağırlaşdığı üçün süni tənəffüs aparatına qoşulub.

Müğənninin müalicəsinə kömək məqsədilə xaricdən mütəxəssislər dəvət olunub.


Məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Oxunub: 46



XƏBƏR LENTİ