XEBERNUR.info
 Valyuta məzənnəsi

İntim videosu yayılan Ramiz Göyüşov nəyi xahiş etdi...

Oxunub: 61 Tarix:11-09-2021, 09:06

İntim videosu yayılan Ramiz Göyüşov nəyi xahiş etdi...  “Bilirəm bu günlərdə sizə çox əziyyət vermişəm. Mənə göstərdiyiniz dəstəyə görə ayrı-ayrılıqda hər birinizə təşəkkür edirəm”.



Xebernur.info xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri, partiya sıralarından çıxarılan Ramiz Göyüşov özünün "Facebook" səhifəsində yazıb.



O, Baş Prokurorluğun “Azadinfo.az”saytının rəhbəri Ələkbərov Mahir Məmmədhəsən oğlu ilə bağlı yaydığı xəbəri paylaşıb və izləyicilərindən məlumatı oxumalarını xahiş edib.



Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Mahir Ələkbərov 8 sentyabr 2021-ci ildə “azadinfo.az” xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək ondan pul tələb edib. O, 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.



Onu da bildirək ki, bir neçə gündür sosial şəbəkələrdə Ramiz Göyüşovun intim videogörüntüləri müzakirələrə səbəb olub.
İntim videosu yayılan Ramiz Göyüşov nəyi xahiş etdi...

Oxunub: 61



XƏBƏR LENTİ