XEBERNUR.info
 Valyuta məzənnəsi

21 azərbaycanlı Çində təhsil almaq imkanı qazandı

Oxunub: 47 Tarix:24-07-2021, 09:24

21 azərbaycanlı Çində təhsil almaq imkanı qazandı21 nəfər Azərbaycan Respublikası vətəndaşı 2021/22-ci tədris ili üzrə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.



Xebernur.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.



Onun sözlərinə görə, müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 21 nəfər bu ölkənin “Beijing Institute of Technology”, “Shanghai University”, “Peking University”, “Xi'an Jiaotong University”, “Tsingua University”, kimi ali təhsil müəssisələrində kompüter elmləri, beynəlxalq münasibətlər, təhsil, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (5 nəfər), magistratura (12 nəfər) və doktorantura (4 nəfər) səviyyələri üzrə təhsil alacaqlar.

Oxunub: 47



XƏBƏR LENTİ