XEBERNUR.info
 Valyuta məzənnəsi

“Həsən Bəy Zərdabi Həftəsi” online video konfrans formatında uğurla davam edir

Oxunub: 161 Tarix:10-07-2020, 18:53

“Həsən Bəy Zərdabi Həftəsi” online video konfrans formatında uğurla davam edir

XƏBƏRNUR xəbər verir ki,“Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu” Zərdab rayon İcra Hakimiyyətinin birgə təçkilatçılığı ilə Azərbaycan mətbuatının 145 illik yubileyi münasibəti ilə keçirilən “Həsən Bəy Zərdabi Həftəsi” online video konfrans formatında uğurla davam edir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında 30 İyun 2020-ci il sərəncamı və görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabinin doğum gününə həsr olunmuş həftə 07 İyul 2020-ci il Zərdab rayonunda yerləşən Həsən Bəy Zərdabinin ev muzeyindən, muzeyin direktoru Vəfa Bayramovanın təqdimatında canlı online konfransla start verildi və “Həsən Bəy Zərdabi Həftəsi” çərçivəsində Zərdab rayon Gənclər və İdman İdarəsi, Zərdab rayon Təhsil şöbəsinin təşkilatçılığı 08 İyul 2020-ci il tarixdə Zərdab rayonunun gənclər, müəllim, şagird və ziyalılarının iştirakı ilə video konfrans təşkil olunmuşdur. Təqdimat zamanı Həsən Bəy Zərdabinin həyat və yaradıcılığı, xidmətləri haqqında geniş məlumat verilmiş, irsin və milli mənəvi dəyərlərimizin təbliği ilə bağlı təkliflər səsləndirilmişdir.
“Azərbaycan Mətbuatının 145 illiyi, Həsən Bəy Zərdabi irsinin və milli mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə sağlam ötürülməsi ” mövzusunda keçirilən konfrans “Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu”-nun rəhbəri Seymur Bayramovun keçirilən silsilə video konfranslar zamanı səsləndirilən mühim təklif və fikirlərin təqdimatı və gələcək planlar haqqında çıxışı ilə başladı. Həsən Bəy Zərdabinin yurdunda belə bir təşəbbüsün və silsilə tədbirlərin keçirilməsinə dəstək olduğu üçün Zərdab rayonu İcra Hakimiyyətinin başcısı Cənab Mərdan Camalzadəyə xüsusi minnətdarlıq bildirildi. Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun üzvü, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva Zərdab rayonunda görülən çox uğurlu işlərin fonunda Həsən Bəy Zərdabi parkının yenidən əsaslı və yüksək zövqlə təmir olunmasını nəinki Zərdab rayon sakinlərinin eləcə də bütün Zərdabi sevərlərin sevincinə səbəb olmasını vurğuladı. Konfrans iştirakçılarının məhz müəllim, şagird, gənc və ziyalılardan ibarət olması nəsillər arasında sağlam körpülərin qurulması və irsin gələcək nəsillərə ötürülməsi istiqamətində mühim təşəbbüs olduğunu qeyd etdi. Millət vəkili, Tarix Elmləri Doktoru Musa Qasımlı konfrans iştirakçılarını salamlayaraq Həsən Bəy Zərdabini yaşadığı dövrü, tarixi əhəmiyyətli proseslər haqqında çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin qurulması prosesinin başlanğıcının məhz Həsən Bəy Zərdabinin və dövrün ziyalı ictimai xadimlərinin birgə fəaliyyətinin əsası kimi qiymətləndirmişdir. Həsən Bəy Zərdabi nəslinin nümayəndəsi, eyni zamanda “Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu”-nun üzvü Nüsrət Məlikov, görülən və görüləcək mühim işlərə görə minnətdarlığını bildirdi. Zərdab rayon Təhsil şöbəsinin müdiri Gülağa İsgəndərov, Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Əkinçi qəzetinin baş redaktoru İsaməddin Əhmədov çıxış edərək konfransın keçirilməsinin Həsən Bəy Zərdabi irsinin təbliğində çox mühim başlanğıc olduğunu qeyd etdilər. Rayon müəllim və şagirdlərinin, gənclər və ziyalılarının təklif və çıxışları ilə bitən konfransın davamlı keçirilməsi və irsin təbliğinin mütəmadə qrup üzvlər və konfrans iştirakçıları tərəfindən həyata keçirilməsi qərarlaşdırıldı.

Hörmətlə
Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun rəhbəri
Seymur Bayramov
XƏBƏRNUR info

Oxunub: 161



XƏBƏR LENTİ