XEBERNUR.info
 Valyuta məzənnəsi

Lavrovun gizli eşqi üzə çıxdı - FOTOLAR

Oxunub: 61 Tarix:19-09-2021, 10:11

Lavrovun gizli eşqi üzə çıxdı - FOTOLARUzun illərdir Rusiya prezidenti Vladimir Putinlə çiyin-çiyinə çalışan Xarici İşlər naziri, 71 yaşlı Sergey Lavrovun gizli eşqi üzə çıxıb. Bununla əlaqədar ölkənin əsas müxalif lideri Aleksey Navalnının komandası hazırladığı materialları ictimaiyyətə açıqlayıb.


Xebernur.info"Milliyet"ə istinadla xəbər verir ki, Rusiyanın XİN başçısının Svetlana Polyakova ilə gizli eşq yaşadığı iddia edilir. Araşdırma materiallarında Lavrovun Polyakova ilə özəl həyatı, birgə səyahətləri, eləcə də sevgilisinin nazirin vasitəsi ilə əldə etdiyi siyasi güclə bağlı incə detallar yer alıb.



Vurğulanır ki, Sergey Lavrov sevgilisinin lüks həyat məsrəflərini dövlət büdcəsi hesabına qarşılayır. Hətta Lavrovun sevgilisinin 60-dan çox diplomatik missiyada onu müşaiyət etdiyi qeyd olunur. İddialara görə, Polyakova Lavrovla birlikdə Fransa, Sinqapur, Yunanıstan kimi ölkələrə səfərlər zamanı diplomatik missiyada yer alıb.



Peşəsi aktrisa olan Polyakovanın restoran biznesində ad-san qazandığı da bildirilir. Hətta Svetlananın tez-tez xarici səfərlər zamanı Rusiya Xarici İşlər Nazirliyinə məxsus xidməti təyyarədən istifadə etdiyi yazılıb. Bəzi ölkələrdə Polyakovanı Lavrovun həyat yoldaşı olduğunu zənn ediblər.



Eyni zamanda, Sergey Lavrovun sevgilisinin 2014-cü ildən bəri Xarici İşlər Nazirliyində çalışdığı da xüsusi vurğulanır. Onun Rusiya və İngiltərədə 13,6 milyard dollarlıq xüsusi mülkləri, malikanə və yaxtalarının olduğu iddia edilir.


Qeyd edək ki, nazir Sergey Lavrov Mariya Lavrova ilə evlidir və onun Yekaterina adlı bir qızı var.


Turan

Lavrovun gizli eşqi üzə çıxdı - FOTOLAR
Lavrovun gizli eşqi üzə çıxdı - FOTOLAR
Oxunub: 61



XƏBƏR LENTİ
“Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.”
Bakıda daha bir yanğın olub:
"Zibil qablarında yığdığım çörəklərlə balamı saxlayıram. Bu məmurlar mənim çörəyimi əlimdən aldılar." - İDDİA // VİDEO
Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır
Ekologiya və "Sərvətlər" Nazirliyinin "sərvətləri" Azərbaycan xalqına, yoxsa Babayevlərə məxsusdur? - VİDEO
Bu küçədə natəmizlik baş alıb gedir - VİDEO.
Xanım baş redaktor Vilayət Eyvazovdan onu qəbul etməsini xahış edir
"Direktor müsabiqəsi"ndə iştirak etməyənlər, yüksək nəticə göstərənlərə necə "qalib gəlir" ?! - Təhsil Nazirliyinin "sirli əməlləri"
Vətəndaşlara sms göndərən daha 5 nəfər “BANK ƏMƏKDAŞI” saxlanıldı
Əvvəl maşını üstünə sürdü, sonra bıçaqladı - Füzulidə DƏHŞƏT
Daha bir xəstəxanada özbaşnalıq
YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Şükürlü Nicat Ayaz oğlunun ildönümündə iştirak edib.
Hava xəbərdarlığı: sabahdan güclü külək əsəcək
İradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü
Qətlə yetirilmiş “Emin 444″ün qardaşı narkotiklə həbs olundu – Təfərrüat
Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.
Şəhid İlyas Şahvələdovun ailəsi ziyarət olunub
YAP Sabunçu Təşkilatı “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə birgə Qaziləri mükafatlandırdı
Lotu Qulinin daha bir adamı həbs olundu - Fotolar