XEBERNUR.info
 Valyuta məzənnəsi

Məmur özbaşınalığından serial çəkilir - Azərbaycanda ilk

Oxunub: 55 Tarix:23-09-2020, 13:30

Məmur özbaşınalığından serial çəkilir - Azərbaycanda ilk

Azərbaycan teleməkanında ilk dəfə ictimai və dövlət strukturlarda kök salmış müəyyən neqativ tendensiyalardan bəhs olunan serial yayımlanacaq.

XƏBƏRNUR kulis.az-a istinadən xəbər verir ki, "Oscar Film production"un təqdimatında üzərinə tabu qoyulan bir çox mövzular, bu vaxta qədər efirlərdə səslənməyən hadisələr, ictimai və dövlət strukturlarda kök salmış müəyyən neqativ tendensiyalar sosial satira üslubunda tamaşaçlara təqdim olunacaq.

Tam fərqli, indiyə kimi izləmədiyiniz mövzu və quruluşda çəkilən "İDARƏ" serialı bu mövsümdə hər kəsi təəccübləndirəcək. Ekran önündə izləyiciləri daim gərgin və həyəcanlı saxlamaqla yanaşı, həm də ciddi gülüşlə düşündürəcək.

Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi İlqar Fəhmi və Jalə Novruz olan serial ARB kanalında 25 sentyabrdan cümə günləri saat 21.00-da efirdə olacaq.

Oxunub: 55



XƏBƏR LENTİ