XEBERNUR.info
 Valyuta məzənnəsi

Fotoşopun "küpünə girən" kişi müğənnilər

Oxunub: 61 Tarix:4-07-2020, 17:45

Fotoşopun "küpünə girən" kişi müğənnilər


İnstaqramda paylaşılan fotoların demək olar ki, 99 faizi fotoşopda işlənmiş, ya da müxtəlif proqramlarda effektlər verilmiş olur.


XƏBƏRNUR axşam.az-a istinadən bildirir ki, xanımlar qədər kişi məşhurlar da fotoşoplu şəkilləri ilə İnstaqramı bəzəyirlər.

Fotoşopun küpünə girən kişi müğənnilər kimlərdir?

Xalq artisti Faiq Ağayev son fotosessiyasında tam fərqli bir görünüş yaradıb. Saç düzümünü dəyişən ifaçının şəkillərinə o qədər effekt verilib ki...

Müğənni Nadir Qafarzadə fotoşopdan ən çox istifadə edən kişi ifaçılardandır. Bəzən isə sənətçi müxtəlif effektlərə müraciət edir. Nadir fotosunu o qədər fotoşoplayır ki, üz cizgiləri bulannıq olur.

Müğənni Manaf Ağayev də fotoşopda Nadirdən geri qalmır. O, şəkillərini müxtəlif proqramlarla rəngləndirir, düzəldir, daha sonra İnstaqram izləyiciləri ilə bölüşür.

Fotoşopsuz şəkil yayımlamayan digər ifaçı isə Zamiq Hüseynovdur. Müğənni demək olar ki, paylaşdığı bütün görüntülərinə effekt verir, təmizləyir.

Müğənni Ayaz Qasımov da İnstaqramda müxtəlif effektlər verdiyi şəkillərini yayımlayanlardandır.

Oxunub: 61



XƏBƏR LENTİ