XEBERNUR.info
 Valyuta məzənnəsi

Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır

Oxunub: 271 Tarix:15-10-2021, 06:47

Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılırÖlkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır. Aztəminatlı ailələlərin sosial şəraitinin yaxşılaşdırılmasından tutmuş,təhsilin keyfiyyətinin yaxşılaşdırılması,,müasir tələblərə cavab verən yeni nəslin yetişdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Azərbaycan Qadınlarının Haqlarını Müdafiə mərkəzi” İB sentyabr ayından başlayaraq rayonlarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial sifarişi üzrə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində günərzi mərkəzin fəaliyyətini təşkil edib.
Aztəminatlı ailələrin sevincinə səbəb olan bu layihə birliyin heyətinin aktiv işi nəticəsində mərkəzə cəlb edilən aztəminatlı ailələrin, eyni zamanda sağlamlıq imkanı məhdud 30 nəfər uşağa müxtəlif sosial xidmətlər göstərir.Layihə çətçivəsində uşaqlara dil öyrədilir,asudə vsxtı səmərli keçirmək üçün müxtəlif əyləncələr təşkil edilir,əl işləri oyunıar, idman yarışları yüksək səviyyədə təşkil olunur. Rayonlardan çoxsaylı müraciətlər edilir. Ancaq kriteriyaya uyğun 30 uşağa xidmət göstərilir. Bəhs etdiyimiz sosial təbəqədən olanlar üçün gündəlik inkişaf xidmətləri fəaliyyət göstərilməklə yanaşı,onlars psixoloji dəstək verilir. Həmin uşaqların intellektinin inkişafı ilə bağlı pedaqoq və tərbiyəçilər müxtəlif oyunlar təşkil edir.Məktəb yaşlı uşaqların ev tapşırıqlarının həllində uşaqlara yardımçı olmağa çalışırlar. Hər bir uşağın maraq və qabiliyyəti nəzərə alınaraq onların özünəxidmət bacarıqlarının artırılması və təxəyyülünün inkişaf etdirilməsi məqsədilə müxtəlif dərnəklər,məşğələlər təşkil olunur.
Layihənin bir sıra üstünlüyü var.Bunların arasında ən başlıcası bu sosial təbəqəyə daim diqqətin göstərilməsinin vacibliyidir. Bu yanaşma bəhs etdiyimiz ailələrə də qayğının artırılmasını aktuallaşdırır.Uşaqların öz yaşıdlarına inteqrasiyasına yardım edir, sosial ədalətin təmininə dəstək verir.

Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır
Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır
Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır
Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır
Oxunub: 271



XƏBƏR LENTİ