XEBERNUR.info
 Valyuta məzənnəsi

Rusiya-AB layihələri niyə dayandırıldı? - Zaxarova

Oxunub: 70 Tarix:23-05-2021, 10:26

Rusiya-AB layihələri niyə dayandırıldı? - Zaxarova

Rusiya ilə Avropa Birliyi arasındakı ortaq layihələr antirusiya sanksiyaları və Brüsselin təcavüzkar ritorikası səbəbindən bloklanıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Maria Zaxarova Avstriya xarici işlər naziri Aleksandr Şallenberqin Moskvanın AB ilə dialoqa maraq göstərməməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

"Bu, doğru deyil. Rusiya və AB-nin iştirak etdiyi bir çox siyasi, humanitar, iqtisadi layihə var idi. Ancaq Brüssel tərəfindən Rusiyaya qarşı sanksiyaların qəbul edilməsindən və dialoqun aqressiv ritorika, əsassız ittihamlar və dezinformasiya kampaniyaları ilə əvəzləməsindən sonra bu layihələr dayandır", - Zaxarova vurğulayıb.

Xəbərnur

Oxunub: 70



XƏBƏR LENTİ