XEBERNUR.info
 Valyuta məzənnəsi

Polad Bülbüloğlu səfir vəzifəsindən azad edilir?-İddia

Oxunub: 77 Tarix:14-11-2020, 23:53

Polad Bülbüloğlu səfir vəzifəsindən azad edilir?-İddia

Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu geri çağırılıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, bu qərara Bülbüloğlu Rusiya televiziyasında səsləndirdiyi Türk ordusu Dağlıq Qarabağda olmayacaq. Türk ordusunun Qarabağda olmağı vacib deyil sözləri səbəb olub.
Xatırladaq ki, Milli Məclisin noyabrın 13ü keçirilən plenar iclasında deputat Vahid Əhmədov Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlunu tənqid edib.

“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən danışıb. Sanki Rusiyanın Xarici işlər naziri Sergey Lavrovu əvəz edir”, – deyə Vahid Əhmədov bildirib.

Deputat bəyan edib ki, belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər:

“Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi, Azərbaycan heç vaxt heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək. Bütün dövlət məmurları bunu nəzərə almalıdırlar”.

Bir neçə öncə gün Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də Polad Bülbüloğlunu özbaşına açıqlamalar verməkdə ittiham etmişdi.

Xəbərnur

Oxunub: 77



XƏBƏR LENTİ