XEBERNUR.info
 Valyuta məzənnəsi

Prezident Ermənistanın Azərbaycan Ordusu tərəfindən məhv edilmiş texnikasının bir hissəsini açıqlayıb

Oxunub: 55 Tarix:17-10-2020, 12:17

Prezident Ermənistanın Azərbaycan Ordusu tərəfindən məhv edilmiş texnikasının bir hissəsini açıqlayıb


Azərbaycan Prezidenti İlham Əliyev son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsini açıqlayıb.

Xezerxeber.az-ın məlumatına görə, dövlət başçısı bu gün xalqa müraciətində bildirib ki, sentyabrın 27-dən bu günədək Ermənistanın 234 tankı məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb: "Piyadaların döyüş maşını - 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb, 16 ədəd özüyeriyən artilleriya qurğusu məhv edilib, 190 ədəd müxtəlif çaplı toplar, 2 ədəd "Uraqan” sistemi, 1 ədəd TOS odsaçan, 2 ədəd "Elbrus” əməliyyat taktiki raket kompleksi, 1 ədəd Toçka-U, 35 ədəd OSA zenit raket kompleksi, 3 TOR zenit raket kompleksi, 5 KUB və Kruq zenit raket kompleksi, 9 ədəd radioelektron mübarizə sistemləri, 2 ədəd S-300 zenit raket kompleksi, 198 ədəd yük avtomobili məhv edilib, 98-i qənimət kimi götürülüb. Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatdan götürə bilər. Və bu suallara biz cavab tapmalıyıq və tapacağıq”.

Xəbərnur

Oxunub: 55



XƏBƏR LENTİ