XEBERNUR.info
 Valyuta məzənnəsi

YAP Siyasi Şurasının üzvü: “Son olaylardan xəcalət çəkdim, onlar partiyadan çıxarılmalıdır!”

Oxunub: 73 Tarix:23-08-2020, 10:55

YAP Siyasi Şurasının üzvü: “Son olaylardan xəcalət çəkdim, onlar partiyadan çıxarılmalıdır!”“Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri və 1999-cu ildən Siyasi Şuranın üzvü kimi son olaylardan xəcalət çəkirəm. Neçə vaxtdır yazıram ki, YAP-da islahatlar aparılmalıdır, çox təəssüflər olsun ki, bu, baş vermədi”.

Modern.az xəbər verir ki, bu fikirləri hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat, eks-icra başçısı Musa Musayev akademik Ramiz Mehdiyevin nəvəsinin toy qalmaqalından danışarkən bildirib.

Musa Musayevin sözlərinə görə, o, YAP Siyasi Şurasının təcili toplantı keçirməsini istəyir:

“Partiyamızın üzvü olub həbs edilən İcra hakimiyyəti başçılarına, onların müavinlərinə, rayon təşkilatının sədrlərinə, digər vəzifəli şəxslərə və eyni zamanda, son günlərin olaylarına qiymət verilməli, cəza tədbirləri görülməlidir. Çünki bu utancverici və partiyamızın adına, nüfuzuna xələl gətirən hadisələrdə YAP-ın rəhbər orqanlarında – İdarə Heyətində, Siyasi Şurasında, Nəzarət Təftiş Komissyasında təmsil olunan şəxslər iştirak ediblər. YAP-nın Nizamnaməsində və Proqramında göstərilir ki: "Partiyamızın idarəedici orqanı Siyasi Şuradır, İcra katibliyi yalnız partiyanın Mərkəzi aparatına rəhbərlik edir . Eyni zamanda, YAP-ın Siyasi Şurası ildə iki dəfədən az olmayaraq toplantı keçirməlidir”.


Musa Musayev deyib ki, İcra katibliyi YAP-ın Nizamnamə və Proqramını pozaraq, bütün məsələlərə müdaxilə edir və qanunazidd qərarlar qəbul edir:

“Bu, qətiyyən düzgün olmayan, partiyamızın Nizamnamə və Proqramına hörmətsizlik kimi qiymətləndirilməlidir. Partiyamıza qara niyyətlə gələnlər, öz şəxsi mənafeyini YAP-ın və dövlətimizin mənafeyindən üstün tutanlar, mənəm-mənəmlik iddiası ilə yaşayanlar ciddi cəzalanmalı və YAP-ın sıralarından uzaqlaşdırılmalıdırlar! Ulu öndərdən bizə yadigar qalan YAP-da satqınlara, xəyanətkarlara, əqidəsizlərə, yaltaqlara, mövqesizlərə yer olmamalıdır! Cinyət və xəyanət olan yerdə cəza tədbiri görülməzsə, onda vətəndaşlarda partiyamıza qarşı inamsızlıq yarana bilər .
Yekun olaraq bir daha deyirəm ki, yaxın günlərdə YAP-ın bütün rəhbər qurumlarında islahatlar aparılmalıdır, buna ciddi ehtiyac var”.
A.Qorxmaz

Oxunub: 73



XƏBƏR LENTİ