XEBERNUR.info
 Valyuta məzənnəsi

Müdafiə Nazirliyi: Azərbaycan tərəfin atəşkəsi pozması barədə yayılan məlumat yalandır

Oxunub: 170 Tarix:30-04-2020, 05:12

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

Müdafiə Nazirliyi: Azərbaycan tərəfin atəşkəsi pozması barədə yayılan məlumat yalandır


XəbərNur.info xəbər verir ki, Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub:

"Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub".
Oxunub: 170



XƏBƏR LENTİ