XEBERNUR.info
 Valyuta məzənnəsi

Yaşa görə pensiya 455 manat olacaq

Oxunub: 35 Tarix:23-11-2022, 08:22

Yaşa görə pensiya 455 manat olacaq
Azərbaycanda gələn il yaşa görə pensiyanın məbləği 455 manat olacaq.



Xəbər verilir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.



Onun sözlərinə görə, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək.



Komitə sədri qeyd edib ki, gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.
Oxunub: 35



XƏBƏR LENTİ