XEBERNUR.info
 Valyuta məzənnəsi

Bu nazirliklər işçi AXTARIR

Oxunub: 73 Tarix:17-11-2021, 09:43

Bu nazirliklər işçi AXTARIRArtıq bir müddətdir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin qaydaları yumşaldıldıqdan sonra dövlət qulluğuna boş qalan iş yerlərinə vakansiyalar elan edilir.



Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 16 noyabrda 12 dövlət orqanında 54 vakant vəzifənin tutulması üçün müsahibə şərtlərini açıqlayıb.



Xəbər verilir ki, Hesablama Palatası 2, Maliyyə Nazirliyi 7, Kənd Təsərrüfatı Nazirliyi 2, Mədəniyyət Nazirliyi 5, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8, Energetika Nazirliyi 4, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi 1, Dövlət Statistika Komitəsi 4, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 1, Diasporla iş üzrə Dövlət Komitəsi 5, Qida Təhlükəsizliyi Agentliyi 13 və Şirvan Aeliyasiya Məhkəməsi 2 boş vakansiya elan edib.



Qeyd olunan qurumlardan yalnız Maliyyə və Mədəniyyət Nazirliklərində 1 müraciət qeydə alınıb. Hələ ki digər rəsmi qurumlara müraciət edən yoxdur.



Məlumatda bildirilir ki, daxili müsahibədə vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları iştirak edə bilərlər:



“Bundan əlavə, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər; 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər müraciət edə bilərlər”.

Oxunub: 73



XƏBƏR LENTİ