XEBERNUR.info
 Valyuta məzənnəsi

Çörəklə bağlı yeni standart TƏSDİQLƏNDİ

Oxunub: 24 Tarix:4-10-2021, 10:11

Çörəklə bağlı yeni standart TƏSDİQLƏNDİİstehlakçıların yüksək keyfiyyətli (əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi) çörəklə təmin olunması üçün sərtləşdirilmiş tələbləri özündə ehtiva edən AZS 899:2021 “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.



Xebernur.info xəbər verir ki, standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən hazırlanıb.



Qeyd edək ki, son dövr ərzində çörək sənayesi sahəsində dayanıqlı keyfiyyət meyarlarının təmin edilməsi məqsədilə AZS 888:2020 – “Buğda. Texniki şərtlər.” və AZS 894:2021 – “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər.” dövlət standartları da qəbul edilib. Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. Yeni dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Oxunub: 24



XƏBƏR LENTİ
“Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.”
Bakıda daha bir yanğın olub:
"Zibil qablarında yığdığım çörəklərlə balamı saxlayıram. Bu məmurlar mənim çörəyimi əlimdən aldılar." - İDDİA // VİDEO
Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır
Ekologiya və "Sərvətlər" Nazirliyinin "sərvətləri" Azərbaycan xalqına, yoxsa Babayevlərə məxsusdur? - VİDEO
Bu küçədə natəmizlik baş alıb gedir - VİDEO.
Xanım baş redaktor Vilayət Eyvazovdan onu qəbul etməsini xahış edir
"Direktor müsabiqəsi"ndə iştirak etməyənlər, yüksək nəticə göstərənlərə necə "qalib gəlir" ?! - Təhsil Nazirliyinin "sirli əməlləri"
Vətəndaşlara sms göndərən daha 5 nəfər “BANK ƏMƏKDAŞI” saxlanıldı
Əvvəl maşını üstünə sürdü, sonra bıçaqladı - Füzulidə DƏHŞƏT
Daha bir xəstəxanada özbaşnalıq
YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Şükürlü Nicat Ayaz oğlunun ildönümündə iştirak edib.
Hava xəbərdarlığı: sabahdan güclü külək əsəcək
İradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü
Qətlə yetirilmiş “Emin 444″ün qardaşı narkotiklə həbs olundu – Təfərrüat
Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.
Şəhid İlyas Şahvələdovun ailəsi ziyarət olunub
YAP Sabunçu Təşkilatı “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə birgə Qaziləri mükafatlandırdı
Lotu Qulinin daha bir adamı həbs olundu - Fotolar