XEBERNUR.info
 Valyuta məzənnəsi

Xaricə səfər edənlərin nəzərinə - AZAL qaydalara dəyişiklik etdi

Oxunub: 52 Tarix:26-08-2020, 00:25

Xaricə səfər edənlərin nəzərinə - AZAL qaydalara dəyişiklik etdi

Bu gündən etibarən çəkisi 10 kq-dan artıq olmayan daha bir ədəd baqajı ödənişsiz götürə və hava limanında qeydiyyat masasına təhvil verə bilərsiniz.

Bu barədəXƏBƏRNUR-a Azərbaycan Hava Yolları QSC-dən bildiriblər.

Qeyd olunub ki, ekonom sinifdə səyahət edən sərnişinlər cəmi iki ədəd baqaj - 23 kq + 10 kq, biznes sinifdə səyahət edən sərnişinlər - üç ədəd baqaj: ikisi 32 kq + 10 kq, VIP klubun üzvləri isə dörd ədəd baqaj: üçü 32 kq + 10 kq götürə bilərlər.

Bu qayda təyyarə salonunda sıxlığı minimuma endirmək və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etmək üçün əl yükünə aid olan əşyaların baqaja təhvil verilməsini nəzərdə tutur. Qeyd edək ki, əl yükü qismində yalnız kişi portfeli, qadın əl çantası, noutbuk çantası və uşaq qidasının götürülməsinə icazə verilir.

Aydın Ulusoy

Oxunub: 52



XƏBƏR LENTİ