XEBERNUR.info
 Valyuta məzənnəsi

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır – RƏSMİ

Oxunub: 74 Tarix:29-06-2020, 19:48

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır.

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır – RƏSMİ


“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, sərnişin sayının azalması ilə əlaqədar iyunun 30-dan etibarən bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Hərəkəti dayandırılacaq qatarların siyahısı aşağıdakılardır:
– Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı;
– Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı;
– Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı qatarı;
– Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarı.

Oxunub: 74



XƏBƏR LENTİ