XEBERNUR.info
 Valyuta məzənnəsi

Dünya çempionatında günün oyunları

Oxunub: 21 Tarix:24-11-2022, 09:17

Dünya çempionatında günün oyunları
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün daha 4 oyun keçiriləcək.



Xəbər verilir ki, günün ilk görüşü G qrupunda baş tutacaq. Bakı vaxtı ilə saat 14:00-da start götürəcək qarşılaşmada İsveçrə və Kamerun yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.



Qrupun digər matçında Braziliya milli komandası Serbiya ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



H qrupunda Uruqvay və Cənubi Koreya yığmaları Bakı vaxtı ilə saat 17:00-da, Portuqaliya və Qana seçmələri isə saat 20:00-da qarşılaşacaqlar.



DÇ-2022

24 noyabr



G qrupu



14:00. İsveçrə - Kamerun

Baş hakim: Fakundo Telyo (Argentina)

"Əl-Canub" stadionu



23:00. Braziliya - Serbiya



Baş hakim: Alireza Faqani (İran)

"Lusail" stadionu



H qrupu



17:00. Uruqvay - Cənubi Koreya

Baş hakim: Kleman Türpen (Fransa)

"Edyukeyşn Siti" stadionu



20:00. Portuqaliya - Qana



Baş hakim: İsmail Elfat (ABŞ)

"Stadiium 974" arenası

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də yekun vurulacaq.
Oxunub: 21



XƏBƏR LENTİ