XEBERNUR.info
 Valyuta məzənnəsi

Şəhriyar Məmmədyarov bu dəfə 7-ci oldu

Oxunub: 51 Tarix:14-08-2021, 09:44

Şəhriyar Məmmədyarov bu dəfə 7-ci olduABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi - "Saint Louis Rapid and Blitz 2021" turniri davam edir.



Xebernur.info xəbər verir ki, Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov rapid turnirinin son 3 turunda mübarizə aparıb. Şahmatçımız 7-ci turda ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib, onun həmyerlisi Fabiano Karuanaya isə 8-ci turda uduzub. Doqquzuncu turda macarıstanlı Riçard Rapportla heç-heçə edən şahmatçımız 8 xalla 7-ci olub.



ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura 12 xalla birinci yerdə qərarlaşıb.



Qeyd edək ki, turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu 150 min ABŞ dolları təşkil edir.



Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.

Oxunub: 51



XƏBƏR LENTİ