XEBERNUR.info
 Valyuta məzənnəsi

Hacı Əliyev Olimpiadaya lisenziya qazandı

Oxunub: 50 Tarix:20-03-2021, 11:33

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri keçirilir.

Hacı Əliyev Olimpiadaya lisenziya qazandı


Birinci yarış günündə sərbəst güləşçilər mübarizəyə başlayıblar.

65 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Hacı Əliyev ilk görüşdə Böyük Britaniya idmançısına qalib gəlib. Güləşçimiz ikinci görüşündə türkiyəli rəqibini məğlub edərək yarımfinala yüksəlib. Daha sonra Moldova güləşçisindən üstün olan Hacı Əliyev finala yüksəlməklə Olimpiadaya lisenziya qazanıb.

Qeyd edək ki, final görüşü martın 19-da baş tutacaq.
Oxunub: 50



XƏBƏR LENTİ