XEBERNUR.info
 Valyuta məzənnəsi

“Sumqayıt” kapitanı ilə müqaviləni uzatdı

Oxunub: 52 Tarix:18-07-2020, 15:08

“Sumqayıt” kapitanı ilə müqaviləni uzatdı


Ayxan Cavad XƏBƏRNUR



“Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

XƏBƏRNUR
bildirir ki, bu barədə Futbol Klubunun rəsmi feysbuk hesabında məlumat verilib.

Bildirilib ki, “Sumqayıt” Mehdi Cənnətov və Elvin Bədəlovun ardınca kapitan Vurğun Hüseynovla da müqaviləni yeniləyib. Belə ki, Vurğun növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, 2013/14 mövsümündən etibarən “Sumqayıt” FK-da çıxış edən Vurğun Hüseynov komandanın tarixində ən çox oyun keçirən futbolçudur. 164 matçda forma geyinən kapitan 1 dəfə qol vurmağa da nail olub.
Oxunub: 52



XƏBƏR LENTİ