XEBERNUR.info
 Valyuta məzənnəsi

"Keşlə" monteneqrolu futbolçusu ilə müqaviləni yeniləyib

Oxunub: 87 Tarix:23-06-2020, 23:19

 "Keşlə" monteneqrolu futbolçusu ilə müqaviləni yeniləyib

Bakının "Keşlə" klubu daha bir futbolçusu ilə müqaviləni uzadıb.


Premyer Liqanın bürünc medalçısı müdafiəçisi Miyusko Boyoviçlə danışıqları müsbət yekunlaşdırıb.

Razılığa əsasən, 32 yaşlı monteneqrolu futbolçu daha bir il baş məşqçi Tərlan Əhmədovun sərəncamında olacaq.

"Keşlə" Boyoviçdən öncə Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı və Vüsal İsgəndərli ilə də müqaviləni uzadıb, Tural Axundovu rənglərinə bağlayıb.

Qeyd edık ki, Miyusko Boyoviç yarımçıq başa çatdırılan Premyer Liqanın 20 turundan 19-da meydana çıxıb və 2 qol vurub.

Ayxan Cavad

Oxunub: 87



XƏBƏR LENTİ