XEBERNUR.info
 Valyuta məzənnəsi

Türkiyədə zəlzələ 321 binaya ziyan vurub

Oxunub: 31 Tarix:24-11-2022, 09:12

Türkiyədə zəlzələ 321 binaya ziyan vurub
Türkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələ nəticəsində 321 binaya zərər dəyib.



Xəbər verilir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.



Nazir yeraltı təkanlar nəticəsində Düzcedəki binaların 75 faizinə zərər dəymədiyini deyib. O, bunun səbəbini vilayətdə aparılan yenidənqurmanın ölkənin zəlzələnin idarə olunması qanunlarına uyğun aparılması ilə izah edib.



Hazırda araşdırmanın davam etdiyini qeyd edən nazir bildirib ki, xüsusi qruplar tərəfindən, ilk növbədə, şikayətlərin daxil olduğu ərazilərlə bağlı həm laboratoriyalarda, həm də alət və cihazlarla intensiv şəkildə araşdırmalar aparılır.
Oxunub: 31



XƏBƏR LENTİ