XEBERNUR.info
 Valyuta məzənnəsi

İmişlidə evdən 7 kq narkotik tapıldı

Oxunub: 28 Tarix:24-11-2022, 09:11

İmişlidə evdən 7 kq narkotik tapıldı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, 53 yaşlı Eldəniz Nəsirov yaşadığı evin yaxınlığında saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan narkotik maddə olan heroin aşkarlanıb.


Əməliyyat tədbirlərinin davamı olaraq E.Nəsirovun yaşadığı ünvana keçirilən baxış zamanı oradan 6 kiloqrama yaxın marixuana və 910 qram heroin aşkar edilərək götürülüb.


Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


E.Nəsirov bundan əvvəl də müxtəlif cinayətlərə görə yeddi dəfə məhkum olunub.
Oxunub: 28



XƏBƏR LENTİ