XEBERNUR.info
 Valyuta məzənnəsi

Türkiyədə güclü zəlzələ: Yaralı sayı 46-ya çatdı - YENİLƏNİB

Oxunub: 28 Tarix:23-11-2022, 10:30

Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 46 nəfərə çatıb.



Xəbər verilir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.



***



Türkiyənin Düzce vilayətində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.



Xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında məlumat paylaşıb.



Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.






***

Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.



Xəbər verilir ki, yeraltı təkanlar İstanbul və Ankara daxil olmaqla, bir çox bölgələrdə hiss olunub.



Zəlzələnin episentri Düzcenin Gölyaka rayonunda yerləşib. Yerli vaxtla saat 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyində qeydə alınıb.



Güclü zəlzələ əhali arasında təşvişə səbəb olub.



Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb. Bundan əlavə, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.

Oxunub: 28



XƏBƏR LENTİ