XEBERNUR.info
 Valyuta məzənnəsi

Bakıda daha bir yanğın olub:

Oxunub: 123 Tarix:16-10-2021, 18:12

Bakıda daha bir yanğın olub:Bakıda daha bir yanğın olub:
Zəhərlənən var.

xebernur.info-un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 kvadratmetr olan mənzilin yanar konstruksiyaları 40 kvadratmetr sahədə və bitişik, ümumi sahəsi 10 kvadratmetr olan mağazanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, səhər saatlarında Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın hadisəsi baş verib.

Oxunub: 123



XƏBƏR LENTİ