XEBERNUR.info
 Valyuta məzənnəsi

Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi

Oxunub: 30 Tarix:22-11-2022, 14:33

Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli 566 nömrəli Sərəncamı ilə təsis edilmiş 22 noyabr-ədliyyə işçilərinin peşə bayramı günü ölkəmizin bütün bölgələrində olduğu kimi laçınlı köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində də qeyd olunmuşdur.

Tədbirdə Laçın Rayonunun İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun ədliyyə işçiləri, hüquq mühafizə orqanları və idarə, müəssisə rəhbərləri iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə tər güllər düzərək, Ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayonun ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. Rayon rəhbəri xüsusilə vurğulamışdır ki, zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsi Ulu öndər Heydər Əliyevin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atdığı qeyd olunmuşdur. Rayon rəhbəri xüsusilə vurğulamışdır ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun II Qarabağ, Vətən müharibəsində erməni işğalçıları üzərində Möhtəşəm Zəfərə imza ataraq Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğaldan azad edilməsi son iki ildə ölkəmizdə keçirilən bütün bayramlara sonsuz sevinc hissi bəxş etmişdir.

Eyni zamanda tədbirdə Laçın Rayon Məhkəməsinin sədri Cavad İbrahimov və Laçın Rayon Prokuroru İlqar Səadətov Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açmış, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulamış, ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan minnətdarlıqla danışmışlar.
Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi
Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi
Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi
Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi
Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi
Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi
Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi
Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi
Oxunub: 30



XƏBƏR LENTİ