XEBERNUR.info
 Valyuta məzənnəsi

Deputat Tahir Kərimli spikerdən ÜZR İSTƏDİ

Oxunub: 47 Tarix:23-11-2021, 11:42

Deputat Tahir Kərimli spikerdən ÜZR İSTƏDİDeputat Tahir Kərimli Milli Məclisin ötən dəfə keçirilən iclasında Milli Məclisin avtomobil parkının yenilənməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan və xalqdan üzr istəyib.



Xəbərə görə, Tahir Kərimli qeyd edib ki, o çıxışında yanlış məlumatlara əsaslanıb:



"Məlum oldu ki sürücülərin əməkhaqqı kəsilməyib. Onlar üçün hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki Milli Məclisdə xeyli sayda insanlar yüksək vəzifələrə çəkiliblər. Bir neçə adama COVİD-29-la bağlı 500 manat yardımlar edilib. Xüsusilə Milli Məclis rəhbərliyinin fəaliyyəti göz qabağındadır. Mən onun xaricilərlə bir neçə dildə necə danışdığının şahidi olmuşam. İndiki dövrdə mənzil məsələsini qoymağım düzgün deyildi. Ona görə dönə dönə Milli Məclis sədrindən və xalqdan üzr istəyirəm. Mən hesab edirəm ki cəzamız qınaqlarla verilib".



Spiker Sahibə Qafarova isə gələn dəfə yanlış, təsdiqi tapmayan məlumatlarla Milli Məclisdə diskussiya aparmamağı təklif edib.

Oxunub: 47



XƏBƏR LENTİ