XEBERNUR.info
 Valyuta məzənnəsi

Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.

Oxunub: 48 Tarix:9-10-2021, 17:09

Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Laçın rayonunun Qorçu kənd sakini, məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşmış Vətən müharibəsi şəhidi Şahvələdov İlyas Etibar oğlunun şəhadətə yüksəlməsinin bir ili tamam olur.
Şəhidin ildönümü ərəfəsində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ailə üzvlərini ziyarət etmişlər.
Ziyarət zamanı ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən söz açılmış, şəhidin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanmışdır.
Qeyd edək ki, şəhid İlyas Şahvələdov oktyabrın 9-da Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İlyas Şahvələdov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı (ölümündən sonra) və “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra) ilə təltif olunmuşdur.
Şəhidin ailə üzvləri onlara göstərilən hərtəfəli diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını bildirmişlər.

Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.
Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.
Oxunub: 48



XƏBƏR LENTİ
“Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.”
Bakıda daha bir yanğın olub:
"Zibil qablarında yığdığım çörəklərlə balamı saxlayıram. Bu məmurlar mənim çörəyimi əlimdən aldılar." - İDDİA // VİDEO
Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır
Ekologiya və "Sərvətlər" Nazirliyinin "sərvətləri" Azərbaycan xalqına, yoxsa Babayevlərə məxsusdur? - VİDEO
Bu küçədə natəmizlik baş alıb gedir - VİDEO.
Xanım baş redaktor Vilayət Eyvazovdan onu qəbul etməsini xahış edir
"Direktor müsabiqəsi"ndə iştirak etməyənlər, yüksək nəticə göstərənlərə necə "qalib gəlir" ?! - Təhsil Nazirliyinin "sirli əməlləri"
Vətəndaşlara sms göndərən daha 5 nəfər “BANK ƏMƏKDAŞI” saxlanıldı
Əvvəl maşını üstünə sürdü, sonra bıçaqladı - Füzulidə DƏHŞƏT
Daha bir xəstəxanada özbaşnalıq
YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Şükürlü Nicat Ayaz oğlunun ildönümündə iştirak edib.
Hava xəbərdarlığı: sabahdan güclü külək əsəcək
İradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü
Qətlə yetirilmiş “Emin 444″ün qardaşı narkotiklə həbs olundu – Təfərrüat
Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.
Şəhid İlyas Şahvələdovun ailəsi ziyarət olunub
YAP Sabunçu Təşkilatı “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə birgə Qaziləri mükafatlandırdı
Lotu Qulinin daha bir adamı həbs olundu - Fotolar