XEBERNUR.info
 Valyuta məzənnəsi

Rusiya sülhməramlılarının Qarabağda qalması üçün hər şeyi edəcəyik - Ermənistan rəsmisi

Oxunub: 53 Tarix:8-10-2021, 09:17

Rusiya sülhməramlılarının Qarabağda qalması üçün hər şeyi edəcəyik - Ermənistan rəsmisiTəhlükəsizlik Şurası katibinin sözlərinə görə, onlar Rusiyanın Dağlıq Qarabağda 2020-ci il 9 noyabr sazişinin müddəti bitəndən sonra qalması üçün hər şeyi edəcəklər.


Qarabağda qurulan infrastruktur Rusiyanın orada daha çox qalma planlarının olduğunu göstərir.
Xəbər verilir ki, bunu “Azadlıq” radiosunun Ermənistan xidmətinə bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.


Ötən il Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli atəşkəs bəyanatında Rusiya hərbçilərinin regionda 5 il müddətinə qalması nəzərdə tutulur. Bu müddətin başa çatmasına altı ay qalmış tərəflərdən hər hansı biri onun xitam verilməsini istəməsə, müddət avtomatik uzadılır.


Azərbaycanın 4 ildən sonra Qarabağda Rusiya sülhməramlılarından imtina edəcəyi halda masada ssenari varmı? Qriqoryan bu suala cavabında deyib ki, bu məsələ gündəmdədir və rusiyalı həmkarları ilə müzakirə olunur. Onlar hadisələrin belə mümkün inkişafı halında addımları necə razılaşdırmağı götür-qoy edirlər.


Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, onlar Rusiyanın Qarabağda 2020-ci il 10 noyabr sazişinin müddəti bitəndən sonra qalması üçün hər şeyi edəcəklər.


“10 noyabr bəyanatı uzunmüddətli qalmanı nəzərdə tutur. Ancaq Azərbaycan razılaşmasa, cəhdlərimizi birləşdirib problemin həlli yolunu tapmağa çalışacağıq. Ancaq bu gün Qarabağda baş verənlər, orada qurulan infrastruktur Rusiyanın orada daha çox qalma planlarının olduğunu göstərir”, – Qriqoryan deyib.


2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Qarabağ bölgəsinin bir hissəsini və ətraf 7 rayona nəzarəti bərpa edib. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Qarabağ ərazisinin bir hissəsi erməni sepafratçılarının və Rusiya sülhməramlılarının nəzarətində qalıb

Oxunub: 53



XƏBƏR LENTİ
“Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.”
Bakıda daha bir yanğın olub:
"Zibil qablarında yığdığım çörəklərlə balamı saxlayıram. Bu məmurlar mənim çörəyimi əlimdən aldılar." - İDDİA // VİDEO
Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır
Ekologiya və "Sərvətlər" Nazirliyinin "sərvətləri" Azərbaycan xalqına, yoxsa Babayevlərə məxsusdur? - VİDEO
Bu küçədə natəmizlik baş alıb gedir - VİDEO.
Xanım baş redaktor Vilayət Eyvazovdan onu qəbul etməsini xahış edir
"Direktor müsabiqəsi"ndə iştirak etməyənlər, yüksək nəticə göstərənlərə necə "qalib gəlir" ?! - Təhsil Nazirliyinin "sirli əməlləri"
Vətəndaşlara sms göndərən daha 5 nəfər “BANK ƏMƏKDAŞI” saxlanıldı
Əvvəl maşını üstünə sürdü, sonra bıçaqladı - Füzulidə DƏHŞƏT
Daha bir xəstəxanada özbaşnalıq
YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Şükürlü Nicat Ayaz oğlunun ildönümündə iştirak edib.
Hava xəbərdarlığı: sabahdan güclü külək əsəcək
İradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü
Qətlə yetirilmiş “Emin 444″ün qardaşı narkotiklə həbs olundu – Təfərrüat
Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.
Şəhid İlyas Şahvələdovun ailəsi ziyarət olunub
YAP Sabunçu Təşkilatı “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə birgə Qaziləri mükafatlandırdı
Lotu Qulinin daha bir adamı həbs olundu - Fotolar