XEBERNUR.info
 Valyuta məzənnəsi

"JEK"müdiri hara baxır?

Oxunub: 109 Tarix:27-03-2021, 13:48

"JEK"müdiri hara baxır?


Son zamanlar Mənzil Kommunal Təsərrüfat Birliklərinin fəaliyyəti vətəndaşları narazı salır. Belə ki, üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmirlər. Məsuliyyətsizlik nümayiş etdirirlər. Hər kəsə bəllidir ki, hər rayon ərazisində bir neçə Mənzil Kommunal İstismar Sahələri var.
Belə ki, problemlər günü gündən artır.

Zibil tullantılarını vaxtı-vaxtında təmziləmirlər. MİS-in işçiləri səhərlər həyətləri süpürən zaman, həmin zibilləri yığmaq əvəzinə, blokların ön hissəsində yığıb yandırırlar. Və həmin zaman tüstüdən nə pəncərələri açmaq, nə də blokdan çıxmaq mümkün olmur.

Şikayətçilərin dediyinə görə, artıq rayonun fəaliyyətsizliyindən cana yığılıblar. Problemlərininin həlli üçün Xebernur.info saytına üz tutublar. Hesab edirlər ki, Jurnalistlər şikayətləri səliqə-səhmana salarlar.
Binəqədi rayon 7_ci mikrorayon Abay kunanbəyov küçəsində yaşayan sakinlər qeyd edirlər ki, “JEK”lərin görməli olduğu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vahid Balayev oldugu müddətcə, bu problemlərin hələ olduğu kimi qalacağı görünür.

"JEK"müdiri hara baxır?
"JEK"müdiri hara baxır?

Xəbərnur

Oxunub: 109



XƏBƏR LENTİ