XEBERNUR.info
 Valyuta məzənnəsi

Dövləti səfirliklər önündə necə şantaj edirlər?

Oxunub: 146 Tarix:15-02-2021, 18:24

Dövləti səfirliklər önündə necə şantaj edirlər?

Son günlər siyasi məhbus ailəsi adı altında Gülmirə Aslanova və Sevinc Sadıqova adlı şəxslərin xarici ölkələrin səfirlikləri qarşısında aksiyalar təşkil etməsi ciddi suallar doğurmaqla yanaşı, onların etirazına bəhanə olmuş məsələyə yenidən baxmağı da zəruri edir.

Məlum olduğu kimi Gülmirə Aslanova- dövlətə xəyanət əməlində ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilmiş Polad Aslanovun, Sevinc Sadıqova isə hədə-qorxu yolu ilə tələb etmə cinayəti başında yaxalanmış Əfqan Sadıqovun həyat yoldaşıdır. Konkret cinayət əməllərinə görə məhkum edilmiş hər iki şəxsin bu gün Azərbaycan ictimaiyyətinə “siyasi məhbus” kimi təqdim edilməsində, bu niyyətlə beynəlxalq təşkilatların aldadılmasında ciddi cəhdlər mövcuddur. Bu məqsədlə Gülmirə Aslanova və Sevinc Sadıqova adlı şəxslər dövləti şantaj yoluna əl ataraq diplomatik korpusların qarşısında əsassız aksiyalar təşkil etməkdən çəkinmirlər. Bu hal məhkəmə proseslərində də müşahidə olunur. Və son vaxtlar, əsasən Gülmirə Aslanova həyat yoldaşının həbsini ölkə başçı İlham Əliyevin sifarişi adlandırır. Dayanmadan, durmadan İlham Əliyevi məsuliyyət sahibi elan edir. Onun hay-küyündən bir anlıq insanda təsəvvür yaranır ki, özünə jurnalist deyən Polad Aslanov dərin intellekt, iti zəka, kəsərli qələm sahibi olub ki, elə şəxsən İlham Əliyevin qəzəbinə tuş gəlib. Sanki prezidentin bununla şəxsi ədavəti olub. Təbii ki, reallıq bunu izhar etmir. Məni DTX agenti adlandıran, DTX vasitəsilə Polad Aslanovun işinə qoşulduğumu iddia edən, köməyimdən öz istəyi ilə yararlanmasına baxmayaraq, mənə qarşı nankorluq və haqsızlıq edən, ünvanıma böhtanlar yağdıran, bu minvalla hər gözünə görünəni DTX-a bağlayan sözügedən şəxsdən, əlbəttə ki, abusrd və haqsız fikirlər eşitmək təəccüblü deyil. Sırf Polad Aslanova diqqət yönəlsin deyə, Gülmirə Aslanova Azərbaycan dövlətini gözdən salmaqdan utanıb-çəkinmir.

Bu konteksdə haqlı suallar yaranır:

Öz həyat yoldaşına qarşı istintaqda könüllü şahidlik edən Gülmirə Aslanova, görəsən indi nə istəyir?

Haqsızlıq və ədalətsizliyin, şər-böhtanın fövqündə dayanan bu şəxsin haqq və ədalətdən danışması gülünc paradoks deyilmi?!

Bilməyənlərin nəzərinə çatdırım ki, Polad Aslanovun cinayət əməli elə onun ən yaxın ətrafı tərəfindən ifşa olunub.

Gələk Əfqan Sadıqova: Adam törətdiyi cinayətin başında yaxalanıb və maddi sübut kimi bütün proses video lentə alınıb.

Əfqan Sadıqovu tanıyan bir sıra jurnalistlərin dediklərindən məlum olur ki, hədə-qorxu yolu ilə tələb etmək, reketçilik bu şəxsin həyat tərzi olub. Əlbəttə ki, özünə araşdırmaçı-jurnaslit deyən şəxsin adına dövlət idarəçiliyində korrupsiya fəaliyyətinə bulaşmış məmur, icra başçısı varsa onu tənqid etmək və ictimai nəzarətə uyğun olaraq bu haqda faktual əsaslarla yazılar yazmaq təqdirə layiq haldır. Hansı ki, ictimai nəzarət məhz elə dövlət başçısı tərəfindən dəstəklənir. Amma sözügedən neqativ hallardan şəxsi maraqlar naminə yararlanmaq niyyəti varsa, əlbəttə ki, bu cinayətdir və qanunla müəyyən olunmuş qayda məsuliyyəti vardır. Qısası, hansısa icra başçısı, hansısa məmur korrupsionerdirsə, bu hal maddi maraqlar naminə Əfqan Sadıqovun və ya digər bir şəxsin cinayət əməli törətməsinə əsas vermir. Bu mühakimə Polad Aslanova da şamildir.

Odur ki, son günlər Polad Aslanov və Əfqan Sadıqov kimi şəxslərin siyasi məhbus adı altında Azərbaycan cəmiyyətinə sırınmasını, səfirliklərin qarşısında təşkil edilən əsassız aksiyalarla Azərbaycan dövlətinin şantaj edilməsini birmənalı şəkildə pisləyirəm.

İctimai vəkil Samir Zeynalov

Reportyor.info

Xəbərnur

Oxunub: 146



XƏBƏR LENTİ