XEBERNUR.info
 Valyuta məzənnəsi

Hikmət Hacıyev: “Ermənistanın humanitar atəşkəsə “sadiqliyi” tamamilə ikiüzlülükdür”

Oxunub: 69 Tarix:14-10-2020, 11:43

Hikmət Hacıyev: “Ermənistanın humanitar atəşkəsə “sadiqliyi” tamamilə ikiüzlülükdür”

“Ermənistanın humanitar atəşkəsə “sadiq qalması” tam riyakarlığın təzahürüdür”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

“Səhərdən Tərtər şəhəri güclü artilleriya hücumuna məruz qalır. Şəhərə və ətraf kəndlərə 100-dən çox top mərmisi atılıb, 6 dinc sakin yaralanıb. Bir mülki şəxs qətlə yetirilib. Tərtər - erməni nasizmi qarşısında Azərbaycanın “Stalinqrad”ıdır”, - o yazıb.

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir. Bir mülki şəxs ölüb.

Xəbərnur

Oxunub: 69



XƏBƏR LENTİ