XEBERNUR.info
 Valyuta məzənnəsi

TİBB İŞÇİSİ PƏRVANƏ TAĞIYEVA BAŞINA GƏLƏN HADİSƏLƏRİ SİZLƏRƏ TƏQDİM EDİR.VİDEO

Oxunub: 300 Tarix:6-09-2020, 14:18

TİBB İŞÇİSİ PƏRVANƏ TAĞIYEVA BAŞINA GƏLƏN HADİSƏLƏRİ SİZLƏRƏ TƏQDİM EDİR.VİDEOKORRUPSİYA ÜSYAN ETMİŞ İŞÇİSİNİ ŞƏRLƏYİB QOVAN GÜLÜ ƏHMƏDOVANIN ƏRİ İŞƏ QARIŞDI KİŞİYƏ YARAŞMAYAN TƏRZDƏ.
TİBB İŞÇİSİ PƏRVANƏ TAĞIYEVA BAŞINA GƏLƏN HADİSƏLƏRİ SİZLƏRƏ TƏQDİM EDİR.
Mən Tağıyeva Pərvanə Pərviz qızı Gəncə Şəhərində 15 il Abbas Səhhət adına dövlət poliklinikasında fizioterapiya şöbəsində tibb bacısı vəzifəsində çalışmışam və işlədiyim müddətdə kollektivin və xəstələrin hörmətini qazanmışam işimə məsuliyyətlə yanaşmışam. Mən 2016-ildə Şəhər Rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşam yeni Azərbaycan Partiyasının və 15 il YAP-ın üzvü olmuşam. Bir müddət işlədikdən sonra ailə vəziyyətimlə əlaqədar mən Bakı şəhərinə köçdüm və özümdə 2 az yaşlı evladımla kirayədə yaşayıram. Mən işlə bağlı Vitse Prezidentimiz Mehriban xanıma ərizə ünvanladım və çox sağolsunki məktubumu nəzərə alaraq məni Səhiyyə Naziri Sabunçu Rayonu 5 №-li Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına işlə təmin etdilər. İşə təyin olnan vaxtlar həmin vaxt bu xəstəxananın baş həkim Rayifə həkim idi. Rayifə həkim çox sağolsun məni yaxşı qarşıladı və məni öz ixtisasım üzrə yer ola ola məni fizioterapiya kabinetinə yox müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı ştatına təyin etdi və bildirdiki mən məzuniyyətə gedim qayıdanda səni öz qanunu Fizioterapiya ştatına keçirdəcəm. Rayifə həkim məzuniyyətə getdi və H.İttifaqının sədri Zibeydə Qədimova şöbə həkimi Güllü Əhmədova əl bir olaraq iclas etməyə başladılar və hər kəsi iclas zalına yığaraq bildirdiki maaşlar gələn aya qalır gəlin ərizə yazın hamınız qol çəkin Səhiyyə Nazirliyinə yolluyaq ki, maaşları tez versinlər. Hər kəs razılaşdı imza atdılar. Birdə onu eşitdik ki, həmin ərizəni H.İttifaqının sədri Zibeydə Qədimova və Güllü Əhmədova birdə quruplaşma yaratdığı əlinin altında on nəfər həkim tibb işçisi var ki, üzə duraraq şər böhtanlar atırlar. Həmin işçiləri təşkil edib Səhiyyə Nazirliyinə gedərək orda bildirki Rayifə həkimi heç kəs istəmir bu işçilərin imzası. Demək ki, Rayifə həkimin bundan xəbəri yox zəng edib məzuniyyətdə ola-ola Səhiyyə Nazirliyinə çağırıb həmin işçilər orda həkimə şər böhtanlar ataraq üzünə duraraq bildirdilər ki, ya öz ərizənlə çıx ya da səni statiya ilə çıxardacağıq. Rayifə həkimdə məcbur olub öz ərizəsi ilə işdən azad oldu və həmin şöbə həkimi Güllü Əhmədova Rayifə həkimin yerinə keçərək müvəqqəti baş həkim vəzifəsini icra edir və mən bir müddətdən sonra Güllü Əhmədovanın qəbuluna gələrək bildirdimki məni öz qanunu ştatıma keçirt və mənə dediki sənin yerinin qiyməti 7 min dəyərindədir və mənnən 3 min manata razılaşdı. Məndə o pulu borc xərc edərək tapıb verdim və mən arada işimi tələb edirdim mənə deyirdi ki, sən yeri zanit etmisən deyərək səsini yüksəldirdi. Aradan iki gün keçdi demək ki, H.ittifaqının Sədri Zibeydə Qədimova və baş həkim Güllü Əhmədova mənə qarşı iclas etməyə başladılar. Mən o iclasda bir dəfə iştirak etmişəm və onu gördüm ki, quruplaşma yaratdığı 10 nəfər işçi mənə şər böhtanlar atırlar və demək ki, hər gün mənim haqda iclaslar olurdu və mən o iclasa getmədim mənə işçilər bildirdiki sənin səsini yazıb şantaj edəcəklər məndə getməyəndə H.İttifaqının sədri Zibeydə Qədimova mənə qərəzli olaraq mənim haqda hər gün 3 dənə töhmət verdilər. Mən nə töhmət ərizəsi görmüşəm nədəki mənim imzam olub bular demək ki, özlərindən bunu təşkil edirdilər. Mən 2019 ilin Dekabr ayının 26-da sertifikasiya imtahanı verdim və uğurla keçdim. Dekabırın 28 mən öz kabinetimdə oturmuşdum. Onu eşitdimki yenə mənim haqda iclas gedir bu vaxt Baş həkimin katibəsi kiçik tibb bacısı Mətanət məni iclasa çağırdı məndə həmin an bildimki bular mənə şər atacaq tez telefonumu diktafona qoydum həmin an Mətanət gəlib məni çağıranda mən bildirdim ki, mən iclasda iştirak etmiyəcəm bu vaxt Mətanət mənə küçə sözü deyərək təhqir etdiki sən kimsən iclasa gəlmirsən və birdə onu gördüm ki, H.ittifaqının sədri Zibeydə Qədimova 60 nəfər işçinə məcburi qol çəkdirki guya həmin işçilər görüb ki, mən Mətanətə söymüşəm həmin ərizəni götür gedin Sabunçu Rayon 13 Polis bölməsinə və məni Polis həmin idarəyə çağırdı getdim kapitan Rüstəm Məmmədov mənə dediki səninin haqda şikayət var sən qıza söymüsən 60 nəfərdə bunu görüb. Məndə həmin an səs yazmanı Polisə təqdim etdim və Rüstəm polis səs yazmaya qulaq asdıqdan sonra mənə bildirdi ki, düz deyirsən Mətanət sənə söyüb və mən Mətanəti Sabunçu Rayon Məhkəməsinə verdim mənə söydüyünə görə Məhkəmə oldu Hakim Mir Heydər mənim səs yazmama qulaq asdı və dediki sən düz deyirsən qız söyüb sənə birdə qətnaməni əlimə alanda gödümki baş həkim hakimə pul verib qətnaməni özlərinin xeyrinə yazdırıb mənidə günahkar çıxardaraq güya mən söymüşəm və mən 50 manat cərimə etdilər və hakim bildirdi ki, sən istəsən opelasiya məhkəməsinə verə bilərsən. Məndə vermədim ona görə ki, gördüm haqsızlıqdır. Mən dekabr ayının 29-30 olardı işə getdim. İşə gedəndə onu gördüm mənim kabinetimin zamoku dəyişib və bu vaxt H.İttifaqının sədri Zibeydə qədimova 13 Polis Bölməsində Rüstəm Məmmədov gəlib məni zornan polis gücünə işdən qovdular və həmin bir günüdə mənə işə gəlməmək kimi qeyd edərək məni ƏM-nin 70 maddənin Ç -bəndindən işdən azad etdilər. Ən çoxda bu maddəni ona görə təşkil etdilərki mən Zibeydə Qədimova və Güllü Əgmədova Səhiyyə Nazirliyinə məxsus iki sot torpaq sahəsini qonşu Villanın sahibinə qeyri qanuni sataraq qazanc əldə etmişdir. Mən bu haqda Cənab Prezidentimizə Mehriban xanıma və Korrupsiya idarəsinə Respublika Prokurorluğuna B.Şəhər Prokurorluğuna ərizələr yazdım. Demək ki, altı ay ərizələr yazdım ərizələrim baxımsiz qaldı. Hətta Səhiyyə Nazirliyinədə yazdım ərizə Təbibimizədə Güllü Həkimin arxasında bakızdravda müavin Mamed həkim himayədarlıq edir. Çünki satılan torpaq sahəsini Mamed həkim ört bastır edir və mən Səhiyyə Nazirliyinə 5 dəfə getdim ki, səlahiyyətli şəxslərlə görüşəm məni Mamed həkim necə orda tapşırıq vermişdirsə məni qapıdan qovurdular. Mən dərdimi heç kimə deyə bilmirdim hətta mən yazdığım Səhiyyəyə ərizələrimi Mamed müəllim gizlətdirirdi ki ələ keçər birdən və mən may ayının 15 xəstəxananın satılan ərazisinin Azad söz. Xəbərnin info az jurnalistləri ilə gedərək həmin satılan ərazinin çəkilişini etdim. Demək ki, karantin olduğuna görə mən evdən 8103 mesaj yazaraq çıxdım və çəkilişdə 40 dəqiqə çəkdi soram evə gəldim. Demək baş həkim gedib məni 13 polis bölməsinə şikayət verib ki, guya çəkiliş vaxtı biz onlara orda söyüş təhqir etmişik yalan şər böhtanlar atıb. Həmin çəkiliş göz qabağındadır çəkilişdə heç qapını açmadılarki baş həkimlə görüşək bizdə çıxdıq gəldik. Və polis Rüstəm baş həkimin tanışı məndən izahat aldı işi verdi məhkəməyə demək ki, hakimə mən bildirdim mən karantin qaydasını pozmamışam telefonumda mesaj var baxa bilərsiz. Buna baxmayaraq baş həkim hakimə pul verərək məni taxsırkar çıxartdı və 100 manat cərimə etdi və hətta 15 sutkada verəcəydi. Himayəmdə 2 az yaşlı övlad olduğuma görə vermədi. Sonra aradan 5 gün keçmişdir səhər saat 9-da iki polis yaşadığım ünvana gələrək mənə bildirdiki səni Sabunçu Rayon İcra Başçısı qəbula çağırır deyərək al dillə məni aldadaraq apardılar polis bölməsinə və məni rəis qəbul etdi kreslosuna arxalanaraq mənə ağzına gələni təhqir edərək sən kimsən çəkilişə getmisən sənin nə ixtiyarın var torpaq yerindədir. Məndə bildirdim ki, mən 8103 mesaj yazıb getmişdim mənim ixtiyarım var hələ çəkilişlırim çox olacaq bunu deyəndə rəis əsəbləşdi Rüstəm polisi çağırdı ki, apar bunun izahatını al. Buna baxmayaraq yenə Rüstəm Polis məndən izahat aldı və işi verdilər məhkəməyə məni saat axşam 7 yə kimi ac susuz saxlayaraq məhkəmə etdilər məni istəyirdilərki yenə 15 sutka versinlər mən məhkəmə başlamamış 102-yə məlumat verdimki məni al dillə gətirib başıma bu oynu açırlar və bunu bildikdən sonra Hakim Fəqan Əhmədov məni yenə 100 m cərimələyib yola saldılar. Demək mən işə bərpa olmaqla bağlı 2 dəfə məhkəmə prosesim olub. Baş həkim labaratoriyanın şöbə həkimi Həvva Həkim və bacısını Leyla həkimi məhkəməyə gətirərək yalançı şahid və H.İttifaqının sədri Zibeydə Qədimova üzəmə duraraq şər böhtanlar ataraq mənə bildirirdilər ki, Pərvanə uşaq xəstəxanasında kişiləri lütdədib masaj edir. Məndə bildirirəm ki, hər yer kameradır kameralara baxış keçirilsin nəyə görə mənə şər böhtan atırsız. Demək məndə işçilərin vatsap danışıq səsləri varki orda işçilər Hüseyinova Almaz və Hüseyinova Ətrabə bildirir hər kəsi məcbur edirlər ki, biz qol çəkək. Məhkəmə olanda işə bərpamla bağlı baş həkim hakimə rüşvət verərər məhkəmə qərarlarını özlərinə tərəf qalib elan edirlər. Məndə qalıram çıxılmaz vəziyyətdə imkanım yoxdurki mən vəkil tutam və gedib o satılan ərazini katastırnan ölçüb sübuta yetirəm. B.Şəhər Prokurorluğunda müstəntiq Ənvər Müəllim gedib xəstəxanaya baxış keçirdi və məni çağırdıki Pərvanə 2 sot torpaq sahəsi satılıb və mənə bildirdiki mən TƏBİBƏ -sorğu göndərmişəm qoy cavab alım səni çağıracam və aradan 4 ay keçdi Ənvər müəllimdən cavab gəlmədi və özüm zəng etdim. Mənə Ənvər müəllim bildirdiki işi Sabunçu Rayon Polis Bölməsinə yolladım. Dedim axı bu necə ola bilər? dillənmədi telefonu söndürdü və sən demə baş həkim müstəntiqə pul verərək işi bağladıb göndərib polis bölməsinə. Mən Gəncə şəhərinə gəlmişdim bu vaxt Polis zəng etdiki gəlin izahat verin məndə bildirdim ki, karantindi yollar bağlıdı. Sən demə polis işi ver məhkəməyə və mənə zəng gəldi məhkəməyə gəlin məndə karantin olduğunu bildirdim və hətta teleqram yolladım dedim başqa vaxt təyin edin. Sən demə hakim mənim iştirakım olmadan məhkəmə keçirt məni cinayət işi ilə bağlı qəraq verib məni polisə axtarış təyin edib. Onu qeyd edim ki, Güllü Əhmədova və Villanın Sahibi torpağı alan şəxs Həsənov Namiq Əliş oğlu hakimə pul verib ki, bu işi tez həll edin Pərvanəni cinayətə cəlb edək 4 il iş alsın və satdığı torpağın üstü ört bastır olsun və əmlakdanda saxta sənətlər pul verib alıblar guya torpaq yerində heç bir pozuntu yoxdur. Onu bildirim ki, Həsənov Namiq Əliş oğlu 2018-ildə əmlakdan o Villanın tikintisi üçün qanunu sənəti var amma həyət yani sahəsi kiçik olduğuna görə 2 sot torpaq sahəsini baş həkim Namiq adlı şəxsə satıb. Həmin sənətidə kim gəldi görsədilər ki, bax düzdü. Amma yox mən bununla razı deyiləm katastırnan ölçülüb üzə çıxmalıdır. Mən demək ki, 07.08.2020-il yenidən baş Prokurorumuz Kamran Əliyev və B.Şəhər Prokurorluğu İlqar Abbasov Cənablarına ərizə ünvanladımki bu işə xahiş edirəm yenidən baxılsın və məktubum əsasında 4 gündən sonra mənə Prokurorluqdan zəng gəldi bu işlə bağlı məndən məlumat aldılar. Onuda bildirim ki, baş həkim yaxın tanışı bir kişini mənə verərək bildirdi ki, bunu fizioteraoiya et birinidə Labaratoriyanın şöbə həkimi Həvva həkim qaynını gətirdi fizioterapiya et birdə addelkadrımızın qardaşı Samir bizdə xəstəxanada çalışır onu fizioterapiya etmişəm. Oda bir iş yoldaşı kimi xahişlərini nəzərə alaraq qəbul etmişəm. Bəs nəyə görə mənə şər böhtanlar atırlar ayıb deyil? Nəyə görə Səhiyyə Nazirliyindən yoxlanış keçirilmədi hər yer kamera olduğu üçün baxış olmadı və baş həkim özbaşınalıq edərək bakızdıravda Mamed müəllimlə əlbir olaraq məni 70-ci maddənin Ç bənd ilə işdən azad etdi. Baş həkim gördüki əlində heç bir sübutu dəlili yoxdur demək iş yoldaşımız Hüseyinova Almaz və Hüseyinova Ətrabəni öyrədərək çəkiliş edin mənim haqda əxlaqsız sözlər danışaraq yutubda bir çox sayıtlarda paylaşıblar. Hətta baş həkimin yoldaşı Elşən Əhmədov facebookda yutubda komertariyalara məni əxlaqsız qadın yazaraq rəy bildirirlər və etdiklərinə görə qanun qarşısında inşallah cavab verəcəklər. Mən onu bildirim ki, Güllü Əhmədova 2016-ildə sertifikasiya imtahanından kəsilərək 70 maddənin Ç bəndindən işdən azad olub və 2020 iləqədər qanunsuz şöbə həkimi və sonradan baş həkim vəzifəsinə keçib Mamed həkimin sayəsində. Güllü Əhmədovanın Binəqədi Rayon, Sabunçu Rayon, Nərimanov Rayon məhkəmələrində cinayətlə bağlı dələduzluq qərarları var. Axı bu necə ola bilərki işdən 70 maddəynən azad olmuş baş həkim işləyə.Bu qulduru niyə araşdırıb üzə çıxardan yoxdur?Mən sizlərdən Xahiş edirəm ki , mənə kömək edəsiz bu baş həkimin törətdiyi əməllər üzə çıxsın və haqq ədalət öz yolunu tapsın. Ama onu bildirim ki, Səhiyyə nazirliyində arxasında duranlar var deyə bu saxta baş həkim xəstəxananı idarə edir. Mən xahiş edirəm ki, onun sertifikasıyasını alıb baxasız ola bilər səhiyyə saxta sənəd verərki guya imtahan verib. Çünki Səhiyə nazirliyində arxasinda duranlar var hər kəsi pulla susdurur. Deməkki Səhiyyənin 90%-i saxta baş həkimin arxasında durub.Halal olsun saxta Səhiyyəmizə
Onuda qeyd edim ki, saxta baş həkim Güllü Əhmədova mənə qarşı həyat yoldaşı ilə əl bir olub yutubda sosial şəbəkələrdə komertariyalada mən əxlaqsız qadın kimi yazaraq şər böhtanlar ataraq yayındırıblar. Ayıb deyilmi bu baş həkimə yaraşarmı bu hərəkəti etmək qadına qarşı. Mənə həyat yoldaşı komertariyada yazılıbki facebookda məni əxlaqsız qadın olduğuma görə məni yoldaşım boşayıb və uşaqğı əlimdən alıb.Bu yalan məlumatlara görə məhkəmədə bu şərəfsizlə görüşəcəm. Utanmırlar ona görədə mən öz boşanma qətnaməsinidə sizə yollamağa məcbur oldum.Və Məhkəmədə Elşən Əhmədovun gözünə soxacam qətnaməmi. Xahiş edirəm bu işə sizlər ciddi yanaşasız. Xəstəxananın torpağı həqiqətən satılıb axı mənim kabinetimdən görsənirdi orda tikiliş gedəndə mən gözlərimlə görmüşəm.Villanın yiyəsi baş həkimlə əl bir olub əmlakda saxta sənəd alıb onuda hər kəsə göstərirlərki baxın pozuntu yoxdur orda mən guya şər atıram. Xeyir mən düz danışıram artıq dərəcədə xahiş edirəmki Sizlər gedib katastırnan ölçüb üzə çıxardasız o satılan ərazini. O qadın cinayətkardır Binəqədi Rayon Sabunçu Rayon Nərimanov rayon məhkəmələrində məhkəmə qərarları var. Sizcə bu quldur o torpağı sata bilməz? İnanın ki, satıb katastırnan ölçün gedin onda məni çağırıb deyəssiz ki, siz düz deyirsiz.
Mən 15 il Gəncədə 6 saylı A. Səhhət adına dövlət polikilinika böyükləri qəbul etmişəm kişi, qadın və uşaqda olub bu işlədiyim müddətdə mənim adıma 15 ildə bir ləkə gəlmədi noldu bu xəstəxanada 6 ay işləməklə mənim adıma qara ləkələr yaxıb şər böhtanlar atdılar. Labaratoriyanın şöbə həkimi Həvva həkimi öyrədərək üstümə şər atırdılar qadına yaraşmayan hərəkətdi bu məndə işçilərin vatsap danışıqları var qulaq asdırsam Sizlərə elə özünüz görərsiz ki, o kallektivdə necə kriminal üzə duran həkim tibb işçiləri var ki, hər kimi istəsələr üzə qoyub işdən azad edirlər. Burdan hakimə pul verirlər, burdan prakaturaya, müstəntiqə ordan əmlaka özüdə saxta baş həkim ev yiyəsi Villanın sahibi ilə Səhiyyəyədə pul verirlər yəni pulnan hamını susdururlar bu quldur saxta baş həkim.
Hörmətli cənab Zaur müəllim və cənab Ramin Bayramlı Sizlərdən xahiş edirəm ki, mənim haqsız yerə işdəb saxta baş həkim azad etdiyinə görə ciddi tədbir görəsiniz məni işimə bərpa edəsiz çünki mən 8 aydır işsizəm himayəmdə iki övladım heç bir yerdən gəlirim yoxdur. Anam pensiyasını alıb bizə kömək edir özümdə kirayədə qalıram. Əvvəlcədən sizlərə öz dərin təşəkkürümü bildiridəm.Və xahiş edirəm qanunla haqq yolunda gedəsiniz.Qoy bu quldurun iç üzü ortaya çıxsın

Oxunub: 300



XƏBƏR LENTİ