XEBERNUR.info
 Valyuta məzənnəsi

AĞDAMA YENİ BİR İŞIQ DOĞDU.

Oxunub: 264 Tarix:28-08-2020, 17:21

AĞDAMA YENİ BİR İŞIQ DOĞDU.

Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin ölkə daxilində apardığı uğurlu islahatlar öz bəhrəsini verir. Bunun nəticəsidir ki, 28.08.2018 ci il tarixində cənab prezidentimiz İlham Əliyevin imzaladığı sərəncam nəticəsində Ağdama yeni bir işıq doğdu. Həmin tarixdə hörmətli Vaqif Həsənov cənab prezidentin təyinatı ilə Ağdam rayonunun icra hakimiyyətinin başçısı təyin edildi. Vaqif müəllim Ağdam rayonuna gələn gündən, cənab prezidentimizin siyasi kursuna sadiq qalaraq, onun tapşırıqlarını şərəf və ləyaqətlə yerinə yetirir.

Bunun nəticəsidir ki, Ağdam rayonununda kənd təsərrüfatı sistemində maldarlıqda, əkinçilikdə, ticarətdə və əhalinin sosial rifahında yeni bir yüksəliş başladı.
Bildiyiniz kimi 2020 ci il dünyada baş verən pandemiya ilə əlaqədar olaraq hər bir ölkədə ölkə daxili rayonlarda iqtisadi vəziyyətin pis olması insanların sosial durumunu aşağı düşürdü, lakin Vaqif müəllimin təşəbbüsü ilə Ağdamda əhali üçün böyük miqdarda yardımlar edildi, bu addımlar bir daha onu göstərir ki, cənab başçı ölkə prezidentinə daim sadiq qalaraq ona verilən tapşırığı ləyaqətlə yerinə yetirir. Mən Vaqif müəllimi təbrik edirəm, ona bu şərəfli yolda uğurlar arzulayıram.

Tural Cavadov

Oxunub: 264



XƏBƏR LENTİ