XEBERNUR.info
 Valyuta məzənnəsi

"Səmimiyyət və mərhəmətin gerçək əməlləri “ Mehriban ömrün işığında

Oxunub: 53 Tarix:25-08-2020, 21:22

"Səmimiyyət və mərhəmətin gerçək əməlləri “ Mehriban ömrün işığında"Səmimiyyət və mərhəmətin gerçək əməlləri “
Mehriban ömrün işığında

Nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən böyük insanların nurlu çöhrəsi bəzən bütöv bir dövrün obrazı kimi göz önündə canlanır. Yaşadıqları dövrün real imkanlarını mənimsəyib zamanın fövqünə qalxmağı bacaran belə insanlar xalqın mənəvi-intellektual potensialını qoruyur, milli intibaha xidmət edən və şərəfli yolda öz həyat ideallarını tapırlar. Fitri istedada malik novator ziyalı, pak və nəcib insan, yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat nümunəsi, kamillik, müdriklik məktəbi olan Mehriban xanım Əliyeva da məhz belə nəcib şəxsiyyətlərdən biri kimi milyonların qəlbini rəğbətlə qazanmış, özünə yer tapmışdır.
Xalq üçün çalışmaq, ömrünü həsr etmək, insanlara səmimi xidmət etmək istəyi Mehriban xanımın iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan şəxsiyyətlər həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi şərəf zirvəsinə ucalmışlar. Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən bu şəxsiyyətlərin fəaliyyət ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanır. Bir sözlə, əsl insan ilk növbədə bütöv şəxsiyyətdir. O, illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahatlıq tapır. Mənəvi meyarların yad təsirlərə məruz qaldığı hazırkı "sürət əsrində" həyat idealı, şəxsiyyətinin bütövlüyü, əqidəsinin dürüstlüyü, mənəviyyatının kamilliyi ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qabarıq görünür.
Mehriban xanım istər siyasi, istərsə də ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və şəxsiyyət imicini tamamlayır. Beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə elmin, mədəniyyətin dinamik inkişafına qayğısını əsirgəməyən Mehriban xanım Əliyeva zamandan bir addım öndə irəliləyən şəxsiyyətlərdəndir.
Əsl vətənpərvər üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Mehriban xanım Əliyeva milli ideallara bağlı vətənpərvər ictimai-siyasi xadim kimi daim Azərbaycanın firavan gələcəyi naminə yorulmadan fəaliyyət göstərir, dövrünün ictimai-siyasi hadisələrində həmişə ön sıralarda olur. Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olur. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldir. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara, şəhid ailələrin xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir.
Azərbaycanda humanizm və tolerantlığın simvoluna çevrilmiş, Azərbaycan Respublikasının I Vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Azərbaycançılıq məfkurəsinin təbliğinə, habelə ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə vermiş, məhz onun təşəbbüsü ilə keçirilən çoxsaylı layihələr milli dəyərlərin qorunması və bu dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir.
Mehriban Əliyevanın uzaqgörən ictimai-siyasi fəaliyyəti geniş miqyasda fəal və dünyəvi Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynayır. Onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də digər ölkələrdə yaşayan qadınlar üçün əsl örnək kimi çıxış etməklə yanaşı, bu gün Azərbaycan Respublikasında siyasətin prioritet istiqamətlərindən biri olan qadınların cəmiyyətdə rolunun, habelə dövlət və ictimai sektorda fəallığının artırılmasının təşviq olunmasına xidmət edir.
Mehriban xanım Əliyeva bütün varlığı və ruhu ilə Azərbaycana bağlı olan, xalqının təəssübkeşliyini daşıyan, milli ideyalar ilə yaşayıb yaradan, tükənməz enerjiyə malik nadir şəxsiyyətlərdəndir. O qarşıya qoyduğu saf və ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır, müxtəlif sferalardakı fəaliyyətinə baxmayaraq əsl ziyalı imicini hər şeydən üstün tutur.
Mehriban xanım hər şeydən əvvəl olduqca sadə, sözün tam mənasında nəcib və ədalətli bir insandır. Onun adı Azərbaycan elminin, mədəniyyətinin inkişaf tarixində xüsusi yer tutur və hələ uzun illər də gələcək nəsillər üçün vətənə fədakar xidmətin nümunəsi kimi örnək olacaqdır.
Mehriban xanım Əliyeva Azərbaycan xalqının zəngin milli-mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu, çoxşaxəli həyat yolu keçmiş və ömrünü şərəflə yaşayan şəxsiyyətlərdəndir.
Doğum günü münasibətilə ürəyi həmişə humanist hisslərlə dolu olan, daima azərbaycançılıq ideologiyasını inkişaf etdirmək üçün yeni yollar axtaran Mehriban xanımı ürəkdən təbrik edir, sağlam, uzun, fərəhli, uğurlu bir ömür arzulayırıq! Vətənimizin, xalqımızın, hətta dünyamızın rifahı üçün gecə-gündüz əzmlə çalışdığınıza şahidik! Bütün bu şərəfli fəaliyyətinizdə Sizə dəstək və dayaqıq!


Riyad Rustamli

Azərbaycan Dövlət Pedaqoji Universiteti
rektorun köməkçisi
YAP Səbail rayon təşkilatı.
gənclər birliyinin Sədri"Səmimiyyət və mərhəmətin gerçək əməlləri “ Mehriban ömrün işığında

Oxunub: 53



XƏBƏR LENTİ