XEBERNUR.info
 Valyuta məzənnəsi

Ermənistan diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürüldü - RƏSMİ

Oxunub: 45 Tarix:23-08-2020, 21:41

Ermənistan diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürüldü - RƏSMİAvqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.



Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.



Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.



Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Oxunub: 45



XƏBƏR LENTİ