XEBERNUR.info
 Valyuta məzənnəsi

Jalə Əliyeva: “Qaydalar, şərtlər, hamı üçündür - heç kim istisna deyil”

Oxunub: 49 Tarix:23-08-2020, 11:34

Jalə Əliyeva: “Qaydalar, şərtlər, hamı üçündür - heç kim istisna deyil”“Ölkə Prezidenti cənab İlham Əliyevin vaxtında və zamanında covid-19 bəlasına ciddi reaksiya göstərərək, təcili, təxirəsalınmaz təbirlərə start verməsi ilə ölkəmizdə “gizli düşmən”lə mübarizədə, savaşda böyük yol, məsafə qət edilib, məmnunluq hissi ilə deyərdim ki, bu məsələdə də Azərbaycan nümunəsi ortaya qoyulub.Digər, xüsusilə, aparıcı, gəlişmiş, səhiyyəsi bizdən çox-çox yüksək və qat-qat güclü olan ölkələrlə müqayisədə, Azərbaycanda istər yoluxma, istərsə də ölüm sayında xeyli az göstəricilər özünü göstərib, az itkilər yaşanıb.Təbii, istərdik ki, mövcud statistikda əksini tapan rəqəmlər, üzücü göstəricilər də olmayaydı, amma bunlar bizim imkanlarımız və arzularımız xaricində olan məqamlardır”.



Xebernur.info xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.



Deputatın sözlərinə görə, sevindirici məqam odur ki, artıq yoluxma və ölüm sayında (bəzi istisnaları nəzərə almasaq) daha müsbət dinamika yaşanır, həm yoluxma hallarının, həm də ölüm hallarının sayı, göstəricisi aşağı düşür:



“Dediyim kimi, bunlar da görülən işlərin, çəkilən zəhmətlərin, edilən çağırışların, qoyulan qadağaların hesabınadır.



Əgər vaxtında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sərt və xüsusi karantin rejimi tətbiq edilməsəydi, qadağalar, məhdudiyyətlər ortaya qoyulmasaydı, üstəgəl görülən saysız-hesabsız işlər, addımlar olmasaydı, bu gün tamamilə və arzulamadığımız, qətiyyən, görmək istəmədiyimiz bir mənzərə, acı tablo üz-üzə, qarşı-qarşıya idik.



Çox şükürlər ki, bunlar olmadı, yaşanmadı, ağır, dəhşətli fəsadlardan, itkilərlərdən yan qaça, yayına bildik”.



Xanım parlamentari son günlərin karantin vaxtı keçirilən toy mərasiminə də münasibət bildirib:



“İndi bu qədər görülən işlərin, bu qədər çəkilən zəhmətlərin, bu qədər əldə edilən uğurların fonunda kimlərinsə qoyulan qadağalara, tətbiq edilən karantin qaydaları və şərtlərinə əməl etməməsi, bundan müxtəlif yollarla yayınması hamımızı dərindən üzür və narahat edir.Çünki bunlar yolverilməz və qəbuledilməzdir.



Əgər qaydalar qəbul olunubsa, qadağalar müəyyənləşdirilibsə, kimliyindən, tutduğu mövqeyindən, sosial durumundan asılı olmayaraq, hər birimiz onlara istisnasız, birmənalı əməl etməliyik.Bu, bizim vətəndaşlıq borcumuz və vəzifəmizdir.Hamımız qaydalara, qadağalara, qanunlara əməl etməyə borcluyuq.



Hamımız onların qarşısında bərabər, eyni hüquqlara malikik və hamımız da onlara eyniliklə riayət, əməl etməliyik.Allah hər birimizə, hər bir ailəyə övlad toyu, gözəl günlər qismət etsin.Hər kəs bundan nəsibini görsün.



Amma qayda qaydadır, şərt şərtdir, qanun qanundur.Əgər qərar verilibsə ki, pandemiya dövründə toy şənlikləri, məclisləri olmaz, deməli, olmaz, deməli, qadağandır, deməli, hamı buna əməl etməlidir.Burada ikinci bir fikir, mövqe, yanaşma əsla və əsla ola bilməz.Biz hər zaman dediyimiz kimi, yalnız qaydalara, qanunlara əməl etməyimizlə, həmrəyliyimizlə, məsuliyyətimizlə birlikdə bu bəladan qurtula və xilas ola bilərik.İnanıram ki, belə də olacaq, birlikdə xilas və birlikdə güclü olacağıq”.

Oxunub: 49



XƏBƏR LENTİ