XEBERNUR.info
 Valyuta məzənnəsi

Ukraynalı tarixçi: "Ermənistanın şəhərlərə raket zərbələri hərbi cinayətdir"

Oxunub: 51 Tarix:16-10-2020, 12:53

Ukraynalı tarixçi: "Ermənistanın şəhərlərə raket zərbələri hərbi cinayətdir"


“Azərbaycanın dinc şəhərlərinə raket zərbələr endirmək barədə əmr verən Ermənistanın siyasi-hərbi rəhbərliyi, həmçinin bu mənfur əmri yerinə yetirən erməni hərbçiləri beynəlxalq cinayət məhkəməsi qarşısında cavab verəcəklər”.

Bu fikirləri “Report”la açıqlamasında ukraynalı tarixçi Oleq Kupçık deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Gəncəyə endirdiyi raket zərbələri Azərbaycana qarşı hərbi təcavüz əməlidir:

“Üstəlik bu zərbələr mülki obyektlərə endirildiyi üçün dinc sakinlər həlak olub, ağır yaralanıb. Beləliklə, Ermənistanın Azərbaycan ərazilərinə endirdiyi raket zərbələri açıq-aşkar hərbi cinayət kimi dəyərləndirilməli, təqsirkarlar heç şübhəsiz, cəzalandırılmalıdır. Gəncəyə raket hücumu barədə əmrin məhz Ermənistanın ali siyasi-hərbi rəhbərliyi tərəfindən verildiyi şübhə doğurmur. Əminəm ki, bu raket hücumunun əmrini vermiş Ermənistan rəhbərlərinin, həmin mənfur əmri yerinə yetirmiş erməni hərbçilərinin hərbi cinayətlərinə dair Azərbaycanda müvafiq dəlil-sübutlar toplanılır. Odur ki, həmin şəxslər beynəlxalq cinayət məhkəməsi qarşısına çıxarılacaq”.

Xatırladaq ki, oktyabrın 11-də Gəncə şəhəri Ermənistan ərazisindən SCUD ballistik raketləri vasitəsilə hücuma məruz qalıb, nəticədə 10 dinc sakin həlak olub, 34 nəfər də yaralanıb.

Xəbərnur

Oxunub: 51



XƏBƏR LENTİ